Azərbaycan İnformasiya Agentliyi (AİA)


DİN-dən Fəzail Ağamalının oğlunun adam vurması xəbərinə– REAKSİYA


Bakının Nəsimi rayonu ərazisində gecə saatlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsində avtomobili Yalçın Fəzail oğlu Ağamalı idarə edib.
Gununsesi.info xəbər verir ki, bu sözləri axar.az-a Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən bildiriblər.
Polis İdarəsindən qəzanı törədən şəxsin millət vəkili Fəzail Ağamalının oğlu olub-olmaması barədə hər hansı bilgiyə malik olmadıqları da qeyd edilib.
1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) isə bildirilib ki, yaralı Nurullayev Qərib Şakir oğlu hazırda palatadadır və vəziyyəti yaxşıdır: “Onun sağlamlığı üçün heç bir təhlükə yoxdur, müalicəsi davam etdirilir”.
Qeyd edək ki, Nəsimi rayonu ərazisində baş vermiş qəza hadisəsi zamanı 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi “Cip” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub. Report-un məlumatına görə, qəzanı törədən şəxs millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail İbrahimlinin oğludur. Ana Vətən Partiyasının mətbuat xidməti isə F.Ağamalının oğlu Yalçının artıq 15 gündür Türkiyədə olduğunu bildirib və məlumatı təkzib edib.


0 0



Şərhlər (Facebook)