Azərbaycan İnformasiya Agentliyi (AİA)


Eldar Mahmudovun “qara piar” saytları bağlanıb


Eldar Mahmudovun “qara piar” saytları bağlanıb

Hakimiyyət keçmiş nazirdə olan 2800 videonun həmin saytlar vasitəsilə ictimailəşdirilə biləcəyindən ehtiyat edib


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və şəbəkəsinin nəzarət etdiyi, müxalifətə qarşı qara piar kampaniyası üçün istifadə edilən saytlar fəaliyyətini dayandırıb. Əldə etdiyimiz məlumatlara görə, həmin saytlar Eldar Mahmudovda ölkənin tanınmış şəxsləri və məmurlar barədə 2800 ədəd intim videonun olması barədə məlumatdan sonra qapadılıb.

Qeyd edək ki, bu məlumat hakimiyyət daxilində ciddi narahatlıq yaratmışdı. Hətta iddia olunurdu ki, hakimiyyət həmin videoları tapmaq üçün ciddi səylər göstərir. Məlumatdan sonra Eldar Mahmudovun öldüyü barədə xəbərin yayılmasının da həmin videolar və başqa kompramatların kimlərdə olduğunu müəyyənləşdirmək üçün dövriyyəyə buraxıldığı iddia edilirdi. Yəni, düşünülürdü ki, Eldar Mahmudovun ölüm xəbəri onun çöldəki adamlarını hərəkət gətirə bilər. Bununla da hakimiyyətin həmin kompramatları ələ keçirməsi asanlaşar.Məlumatda deyilir ki, həmin saytları bağlamazdan əvvəl onları işlədən, Eldar Mahmudovun yaratdığı şəbəkənin üzvləri olan şəxslərlə sərt söhbət aparılıb. Onlardan saytları dərhal bağlamaq tələb olunub. Eyni zamanda onlara xəbərdarlıq edilib ki, hansısa saytda hər hansı kompramat yayılacaqsa, məsuliyyəti onlar daşıyacaq.

Məlumatda deyilir ki, saytlar qapadılsa da, hakimiyyət həmin şəxsləri nəzarətdə saxlayır.



0 0



Şərhlər (Facebook)