Azərbaycan İnformasiya Agentliyi (AİA)


Prostat adenoması-Kişilərin ölüm kabusu


Prostat adenoması-Kişilərin ölüm kabusu

"Prostat adenoması əsasən 50 yaşdan yuxarı kişilərin xəstəliyi olub, 40 yaşdan yuxarı kişilərdə müəyyən əlamətlərlə ortaya çıxır".
Prostat vəzinin adenomasının niyə yarandığı, vəzin konkret olaraq hansı səbəbdən böyüdüyü tibbə tam məlum deyil. Bununla bağlı bir çox nəzəriyyələr var. Amma biz həkimlərin üzərinə düşən vəzifə problemi vaxtında aşkarlamaq və xəstələri zamanında, fəsad vermədən müalicə etməkdir. Problem vaxtında aşkarlanmasa prostat xərçəngi və böyrəkləri itirilməsinə gətirib çıxara bilər. Avropada, Amerikada belə qəbul olunub ki, əgər ailədə prostat vəzin problemi olubsa, o zaman hər bir şəxs 45 yaşda mütləq bununla bağlı müayinələrdən keçməlidir. Yoxdursa, 50 yaşı tamam olan kişilər şikayətləri olmasa belə, həkimə müraciət etməlidirlər. Hətta gənc yaşda problem olanda da mütləq həkimə müraciət olunmalıdır. Bəzən isə şikayətlər olmasa belə, müayinələr zamanı problemlər aşkarlanır. Prostat adenomasının müasir müalicə üsulları indi ki zamanda Avropa protokollarına uyğun formada laparoskopik yolla aradan qaldırılır: "Prostat adenoması Avropa protokollarına uyğun olaraq "qızıl standart” sayılan plazma-kinetik-tur sistemi ilə müalicə olunur. Qeyd edim ki, bu üsulla prostat adenoması və sidik kisəsi poliplərinin müalicəsi kəsiksiz-endopskopik yolla aparılır. Burada əsas üstünlük ətraf toxumalar zədələnmədən prostat adenoması və sidik kisəsi poliplərinin rezeksiya olunaraq çıxarılmasıdır ki, bu da xəstəyə heç bir əziyyət çəkmədən problemdən azad olmağa imkan yaradır. Bu üsulun digər ən vacib üstünlüyü isə cinsi fəaliyyətə heç bir zərər dəymədən həyata keçirilməsindədir.



0 0



Şərhlər (Facebook)