Azərbaycan İnformasiya Agentliyi (AİA)


Quranda adı keçən QİDALAR - Faydaları əvəzsizdir


Dietoloq Murat Topoğlu "Qurani Kərim”də adı çəkilən qidaları və onların insan üçün faydalarından bəhs edib.

Azerbaycaninfo.az goldnews.az-a istinadən həmin qidaları və faydaları təqdim edir:

Xurma

Bədəndə şəkərin düzgün müvazinətini saxlayır. Doğuş prosesini asanlaşdırır. Süd hormonlarını hərəkətə gətirər və süd verən qadınların südünü artırar. (Məryəm surəsi). Peyğəmbərimiz söyləyib ki, qadınlara hamilə olduqları zaman çoxlu xurma yedirtin. Onların uşaqları ağıllı və hörmətcil olarlar.

Çünki Məryəm hamilə olduğu müddət xurma yeyib, əgər Allah ondan başqa faydalı qidanın olduğunu bilsəydi, onu Məryəmə verərdi.

Tərkibində şəkər yoxdur. Tərkibində A, C, B1, B2, B3, B6, B9 (folik asit), B12, K vitaminləri, betakaroten, ayrıca oligo elementləri var.

A vitamini bilindiyi üzrə çox vacib bir vitamindir. Bu vitamin toyuq korluğu, ağciyər və qaraciyər xəstəliklərinin qarşısını alır.

Bağırsaqların işini sürətləndirir və beləliklə, qəbizliyin qarşısını alır. Əlavə olaraq, bağırsaq xərçənginin də qarşısını alır.

Tərkibində flavonoid, polifenol anti oksidamı olaraq tanınan tanin maddəsi vardır. Tanin maddəsi bədəndəki qanaxmaların qarşısını alır. Tərkibində həm də oligo element (az təsadüf olunan elementler) vardır: Sodyum, potasyum (Muzdan 2.5 qat daha çoxdur), kalsiyum, dəmir, kömür, maqnezium, kükürt, xlor, fosfor, florin (Diğer meyvələrdən 4 qat daha çoxdur. Diş əti ve diş sağlamlığı üçün də vacibdir.)

Dəmir: Xurmanın içində 0.9 mg/100 qram var. Qırmızı qanın tərkibində olan hemoqlabinin yaranmasında ən vacib mineraldır. Gündə 15 ədəd orta boy xurma günlük dəmir ehtiyacını qrşılayır. Kalsiyum ve fosfor: Sümüklərin əriməsinin qarşısını alır. Həm də arıqlamağa kömək edən bir meyvədir. Əsasən də çox acıdığın və şirni yemək istədiyin bir zaman 10 ədəd sarı ləbləbi ilə 2 xurma yemək, üstündən də 1 stəkan su içsəniz 2-3 saat aclıq hiss etmərsiz.

Bal

Onun tərkibində früktoz ve qlikoz kimi təbii şəkərlər var. Bundan əlavə, onun tərkibində kalsiyum, dəmir, kömür, maqnezium, kükürt, xlor, fosfor, florin kimi minerallar da var. Hətta B1, B2, B3, B5, B6 və C vitaminləri də var. Həzm edilməsi çox asan olduğuna görə bağırsaqların və böyrəklərin yaxşı işləməsinə şərait yaradır.

Bir enerji mənbəsidir. İlıq bir su ilə içdiyində 7 dəqiqədə qana qarışır. Bu da beyin hüceyrələrinin sürətli hərəkətinə kömək edir.

Zərərli bakteriyaları, maya və kifin qarşısını alır. İmmuniteti artırır.

Yaranın üzərinə sürtdükdə tez təsirini göstərir. Buna görə də yanıqlara, qızartı olan yerlərə sürülə bilər.

Balı bir az darçın və su ilə qarışdırdıqda və yanıq olan yerə sürtdükdə ağrını kəsir. Əlavə olaraq, bu qarışımı zeytun yağı ilə qarışdırıb, saçınıza sürtdükdə, 15 dəqiqə saxladıqdan sonra yumaq lazımdır, onda saçlarınız tökülməz.

1 qaşıq bal ilə yarım çay qarışığı darçın tozunu qarışdırıb yeyəndə, öskürəyiniz kəsilər. 2 qaşıq bal, 4 qaşıq limon suyu və bir az duz qarışdırıb, qarqara etsəz, boğazınızda olan infeksiyalar zərərləşdirilər. 2 qaşıq bal və 3 çay qaşığı darçın tozu qarışdırıb dəmlənmiş çaya əlavə etsəz təziqinizin səviyyəsini azaldar. Bu qarışım həm də gec yaşlanmanıza şərait yaradır.

Zeytun və zeytun yağı

Zeytun yağı ürək damarlarınızı qoruyar və qidalandırar. Döş xərçənginin,damarların daralmasının, mədə xərçənginə yoluxmağın qarşısını alır. Ana südünü artırır.

Tərkibində adek vitamini və oleik asit turşusu var. Bu maddələrin xərçəngin qarşısını aldığı artıq elmdə sübut olunub.


0 0



Şərhlər (Facebook)