Azərbaycan İnformasiya Agentliyi (AİA)


AMEA-dan işdən çıxarılan əməkdaşdan ŞOK İDDİA: "İnstitutun ərazisini satıb 2 mənzil aldı"


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Sumqayıtda yerləşən Polimer Materialları İnstututunun Kadrlar şöbəsinin keçmiş müdiri, Laçın rayonundan məcburi köçkün Ağayev Əlibala Eldar oğlu qanunsuz olaraq, işindən uzaqlaşdırıldığını iddia edir. 4 övlad sahibi olan E.Ağayevin iki övladı tələbə, digər ikisi isə məktəblidir.

Cebhe.info-ya müraciət edən şikayətçi bildirir ki, məcburi köçkündürlər, sosial vəziyyətləri də ağırdır.

İşinin bərpa olunması üçün o prezidentə də müraciət edib. Onun sözlərinə görə, AMEA rəhbərliyində təmsil olunan bəzi şəxslərin qərəzli münasibətinə görə işini itirib:

“29.09. 2014-cü ildə Sumqayıt şəhər Məşğulluq Mərkəzinin rəsmi göndərişi ilə AMEA-nın Polimer Materialları İnstitutunda boş olan kadrlar şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunmuşdum. İşlədiyim müddətdə vəzifəmi layiqincə yerinə yetirməyə çalışmışam. Lakin buna baxmayaraq, 2017-ci ilin aprelində AMEA rəhbərliyi tərəfindən hər hansı qanuni əsas olmadan işimdən uzaqlaşdırılmışam.

Direktor Bəxtiyar Məmmədov dedi ki, get AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevlə danış, sənin işdən çıxarılmağını o tələb edir.

Davamlı olaraq üzrlü səbəbdən işə gəlməyən əməkdaşlardan biri Xəlilli Leylanın işə gəlməsini tələb etdim. Sonradan həmin əməkdaşın Fətəli Abdullayevin qohumu olduğunu öyrəndim. İnstututun o zamankı rəhbəri Akif Əzizov bunu mənə açıq söylədi və dedi ki, F. Abdullayev səni işdən çıxarmağımı tələb edir.

Bundan başqa, AMEA-nın İşlər İdarəsi F. Abdullayevin PMİ ilə bağlı digər qanunsuz əməllərinin, qanun pozuntularının qarşısını almağa çalışdığıma görə mənimlə düşmən kəsildiyini etiraf edib.
AMEA-dan işdən çıxarılan əməkdaşdan ŞOK İDDİA: "İnstitutun ərazisini satıb 2 mənzil aldı"



Belə ki, institutun ərazisinin xeyli hissəsinin (27 may, 2015-ci ildə “Sumqayıt MTK” ilə bağlanan 15 saylı müqavilə) qeyri-qanuni olaraq, hansısa tikinti firmasına verilməsi “əməliyyatı”nı F.Abdullayev şəxsən özü həyata keçirib. Qarşılığında isə F. Abdullayev həmin firmadan 116 və 110 kvadratmetrlik iki dənə 3 otaqlı mənzil alıb”.

Qarşı tərəf olaraq, AMEA-nın da rəsmi möqeyini işıqlandırmaq üçün mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, bu mümkün olmadı.

Nigar Məhərrəm
Cebhe.info


0 0



Şərhlər (Facebook)