Azərbaycan İnformasiya Agentliyi (AİA)


Həkimlər səhvən başqa xəstənin beynini əməliyyat etdilər - 5 nəfər həbs edildi/FOTO


Həkimlər yanlışlıqla başqa xəstənin beynini əməliyyat ediblər.

Azerbaycaninfo.az Medicina.az-a istinadən xəbər verir ki, hadisə Keniya şəhərində baş verib. Belə ki, həmin gün xəstəxanaya iki xəstə gətirilib. Onlardan birinin beyni əməliyyat olunmalı olub. Lakin ləhvən əməliyyat masasına yanlış xəstə gətirilib. Bu yanlışlıq saatlar sonra məlum olub. Buna səbəb isə xəstələrin qoluna məlumatlarının qeyd edildiyi kağız bilərziklərin qarışdırılması olub.

Xəstəxana bununla bağlı məyus olduqlarını bildirib. Həmin həkim isə nəzarətə götürülüb.

Ancaq mübahisə bununla da yekunlaşmayıb. Xəstəxana işçiləri həkimin əvəzinə, adları qarışıq salan işçinin nəzarətə götürülməsini tələb ediblər. Bundan sonra isə 4 həkim daha sorğu üçün həbs edilib. Xəstəxanadan xəstələrin vəziyyətinin yaxşı olduğu bildirilib. Həmçinin əməliyyat olunmalı xəstənin də vəziyyəti yaxşılaşdığı üçün cərrahi müdaxiləyə ehtiyac qalmayıb.

Şəhanə Quliyeva


0 0



Şərhlər (Facebook)