Azərbaycan İnformasiya Agentliyi (AİA)


24 yaşlı oğlanı zorlamada ittiham edən azərbaycanlı qız bakirədir - Vəkildən açıqlama


Bir neçə müddət əvvəl criminal.az saytında 23 yaşlı Nuranə Həsənovanın sosial şəbəkədə tanış olduğu 24 yaşlı Sərvan Məmmədli tərəfindən zorlandığı ilə bağlı informasiya gedib.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Sərvan Məmmədlinin hüquq müdafiəçisi Nurlana Quliyeva bildirib ki, həmin yazıda qeyd olunanlar həqiqəti əks etdirmir:

“Belə ki, dərc edilən materialda şikayətçi tərəfindən qeyd olunan cümlələr hüquq mühafizə orqanı, yəni Binəqədi Rayon Prokorurorluğu, prokuror köməkçisi olan Fəridə Bəhrəmova və şikayətçi tərəfindən zorlamada ittiham olunan Məhəmmədli Sərvan barəsində yalan, böhtan xarakterlidir. Hüquqlarını təmsil etdiyim Sərvan Məhəmmədli Həsənova Nuranəyə münasibətdə heç bir zorakılıq hərəkətləri və zorlama əməli törətməyib. Bu məsələ birbaşa prokurorluq orqanı tərəfindən araşdırılıb, mövcud ekspertiza rəyi ilə təsdiq olundu ki, şikayətçi Həsənova Nuranə Bulut qızının bəkarətinin pozulması faktı mövcud deyil, o bakirədir. Lakin, şikayətçi Həsənova Nuranə Bulut qızı dəfələrlə Prokurorluq orqanının verdiyi ədalətli qərarın ləğvi ilə bağlı məhkəmə orqanlarına müraciət etmiş, şikayəti əsassız olduğu üçün təmin edilməyib. Bütün bu baş verənlər şikayətçi Həsənova Nuranə Bulut qızı tərəfindən həm hüquq mühafizə orqanına, həm də Sərvan Məhəmmədliyə qarşı böhtan əlaməti daşıyır. Təbii ki, onun tərəfindən verilmiş yalan ifadə və atdığı böhtan barəsində hüquqi məsuliyyətə cəlb olunmaya dair ərizəmiz hüquq mühafizə orqanına təqdim olunub. Araşdırma apardıqdan sonra lazımi hüquqi nəticəsini alacaqdır. Criminal.az saytı təkzib verməsə tərəfimizdən məhkəməyə veriləcək. Ümumiyyətlə, Həsənova Nuranə Bulut qızının şikayətinin əsassız olması faktı artıq hüquq mühafizə orqanları tərəfindən təsdiqlənib. Hər hansı bir media orqanı Sərvan Məhəmmədli barəsində bu haqda təkrar böhtan xarakterli xəbər yazarsa, tərəfimizdən məhkəməyə veriləcək”.


0 0



Şərhlər (Facebook)