Azərbaycan İnformasiya Agentliyi (AİA)


Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək


Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək

səhiyyə naziri Oqtay Şirəliyev 4 oktyabr 2013-cü il tarixində Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir qəbulda Kürdəmir, Ağsu, Şamaxı, Qobustan, Ucar, Zərdab, Ağdaş, Göyçay, İsmayıllı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Zeynəb, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)