Azərbaycan İnformasiya Agentliyi (AİA)


Gədəbəydə direktor Fəxrəddin Əliyevin intiharında təhsil şöbəsinin müdiri Baxış Nağıyevin adı hallanır


azia.az təqdim edir. Fəxrəddin Əliyevin intiharına təhsil şöbəsinin müdiri Baxış Nağıyevin adı qarışıb
Gədəbəydə intihar faktı qeydə alınıb. Özünü asan məktəb direktoru və bələdiyyə başçısı postunu tutan şəxsdir. Daxil olan məlumatda deyilir ki, Dəyə Qarabulaq inzibati ərazi vahidliyinə daxil olan Talakənd kənd orta məktəbinin direktoru Fəxrəddin Kamil oğlu Əliyevin asılmış vəziyyətdə olan meyitini yaxınları aşkar ediblər. Hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu gəlib.
Mərhumun meyiti müayinə olunmaq üçün rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Mərhumun yaxınları F.Əliyevin ölümündə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevi ittiham edirlər. Bildirirlər ki, F.Əliyev ölümündən əvvəl B.Nağıyevin onu bezdirməsi haqda fikirlər söyləyirmiş. Buna görə də şöbə müdirindən Gədəbəy Rayon Prokurorluğuna şikayətlər olunub.


0 0



Şərhlər (Facebook)