Главная > Aktual, Dünya > 22 yaşlı gənc əsgərlikdən yayınmaq üçün öz nənəsinin bacısı ilə evləndi

22 yaşlı gənc əsgərlikdən yayınmaq üçün öz nənəsinin bacısı ilə evləndi


15 15 2017. Разместил: Sara

22 yaşlı gənc əsgərlikdən yayınmaq üçün öz nənəsinin bacısı ilə evləndi
Vinnitsa şəhərinin gənc sakini əsgərlikdən yayınmaq üçün öz nənəsinin bacısı ilə evlənib.

Bu barədə "Ukrainskiye Vesti" qəzeti məlumat yayıb. Ukrayna qanunlarına görə, əlil, yaşlı, ümumiyyətlə himayəsində ciddi qayğıya ehtiyac olan insanlar varsa, bu zaman kişi hərbi qulluğa çağırılmır.

Hərbi komissarlıqdan qəzetə bildirilib ki, 22 yaşlı Aleksandr çağırış vərəqəsini 25 oktyabrda alıb və artıq 6 gün sonra komissarlığa nikah haqqında qeydiyyat şəhadətnaməsi təqdim edib.

"Ata çağırışçını hərbi komissarlığa gətirərək, dedi ki, o, orduya getməyəcək, çünki evlidir və onun xanımı birinci qrup əlildir", - hərbi komissar Aleksandr Danilyuk təəccübünü gizlətmir.

Məlumat üçün onu da qeyd edək ki, gəncin evləndiyi Zina adlı qoca qadın onun ata tərəfdən nənəsinin bacısıdır.

Hüquqşünasların sözlərinə görə, himayəni rəsmiləşdirmək təcrübəsi indi Ukraynada geniş yayılıb.

Hərçənd nikah qeydə alınıb, hərbçilər qərardan məhkəməyə şikayət etməyə hazırlaşırlar. Hərbi komissarlıqda ironiya ilə həmçinin qeyd ediblər ki, Aleksandr arvadının sağlamlığına ciddi fikir verməlidir ki, o, ən azı beş il yaşasın. Çünki gənc 27 yaşa qədər hərbi xidmətə çağırılacaq. (publika.az)
Вернуться назад