Azərbaycan İnformasiya Agentliyi (AİA)


Salyan icra başçısı Sevindik Hətəmovun Eldar Mahmudovla iki saatlıq görüşü - VƏ YAXUD MÜƏMMALI BİZNES İMPERİYASI


Salyan icra başçısı Sevindik Hətəmovun Eldar Mahmudovla iki saatlıq görüşü - VƏ YAXUD MÜƏMMALI BİZNES İMPERİYASI

Xəbər verildi kimi bu günlərdə Yardımlının sabiq icra başçısı Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Yeni icra başçısı ilə bağlı mətbuatda olduqca ciddi məlumatlar yayılmaqdadır.
Əvvəla onu qeyd edək ki, Salyanın yeni icra başçısının Bakıdakı rayonlardan birinə icra başçısı gəlmək planı alınmadı
MTN ətrafında baş verən olaylar təkcə bu nazirlikdə çalışanları deyil, onlara yardımçı olmuş və ya onlarla əlbir olmuş şəxslərin də karyerasının üzərindən xətt çəkməkdədir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işdən çıxarılma və həbslərin həyata keçirilməsi bunun əyani sübutlarından biridir.
Amma prosesin bununla yekunlaşacağı inandırıcı deyil. Çünki faktiki olaraq həbslər və işdən çıxarılmalar davam edir. Bu sırada Yardımlının icra başçısı Sevindik Hətəmovla da bağlı ilginc bir məlumat ortaya çıxıb. Verilən məlumata görə, Hətəmov uzunmüddət nüfuzlu nazirlərdən birinin himayəsinə sığınan biri olub. Onun icra başçısı təyinatı almasında da bu nazirin müstəsna xidmətlərinin olduğu verilən məlumatlar sırasındadır.
Verilən məlumata görə, Sevindik Hətəmov himayəsində olan nazirin karyerasının bitə biləcəyini nəzərə alaraq, özünü başqa bir nazirin yanına verib. Belə ki, Yardımlının icra başçısı sabiq MTN şefi Eldar Mahmudovla əlaqə quraraq, onun himayəsinə daxil olmağa hazır olduğunu bildirib. Və bu xahişi də nəzərə alınıb və Mahmudov onu himayəsinə alıb.
Mənbə iddia edir ki, Sevindik Hətəmov Eldar Mahmudovla bununla bağlı iki saat təkbətək görüşüb və bir sıra danışıqlar aparıb. Böyük ehtimalla bu danışıqlar «biət» məsələsi üzərində qurulub və nəticə əldə olunub. Amma…
İşin əmmalı tərəfi odur ki, Sevindik Hətəmovun arzusu reallaşmayıb. Daha doğrusu, o, Eldar Mahmudovun işdən çıxarılmasından sonra bütün şanslarını itirib. Məlumatda deyilir ki, sabiq MTN şefi ilə əldə edilmiş anlaşmaya əsasən Sevindik Hətəmov Bakıdakı rayonlardan birinə icra başçısı gəlməliymiş. Hətta seçkilərdən sonra bu prosesin yekunlaşacağı deyilirmiş. Lakin Mahmudovun işdən çıxarılması və yaxın vaxtlar üçün həbs oluna biləcəyi məsələsi Sevindik Hətəmovun da karyerasının sonunu gətirə bilər. / demokratiya.info
Salyanın yeni icra başçısının BİZNES İMPERİYASI hər kəsi təəccübləndirib.
Yardımlı rayonunda baş verən korrupsiya ilə bağlı redaksiyamıza şok məlumat daxil olub. Məlumatda Yardımlı rayon icra başçısı Sevindik Hətəmov və onun müavini Mahir Mirzəyevin rayona ayrılmış pulların qısa müddətdə yaradılmış müxtəlif adlı MMC-lər tərəfindən mənimsənildiyi iddia olunur. Məlumatda qeyd olunur ki, Sevindik Hətəmovun rayonda varlığı və yoxluğu bilinməsədə, Yardımlını Mahir Mirzəyev idarə edir: "Özünü artıq ərəb kralı kimi aparan bu məmurun əməlləri bitib tukənmək bilmir. İllərdir rayonun büdcəsini saga-sola dagıdır, hər il yeni-yeni MMC-lər yaradıb, bütün vəsaitləri, həmin MMC-lərə köçürür".

Məlumatda Mahir Mirzəyevin 2014-cü ilə kimi yaratdıgı MMC-lərin bir hissəsinin adları yazılıb. Həmin MMC-ləri təqdim edirik:

1. Bəhruz MMC
2. Deman MMC
3. Savalan 2008 MMC
4. Səbuhi MMC
5. Göy göl MMC
6. Naxis MMC
7. Veteran MMC
8. Caspian Fruit Co MMC
9. Amid MMC
10. Habil MMC
11. Rəşad MMC
12. Qadir 1960 MMC
13. Reyhan MMC və s.
14.Kainat 79 MMC
15. Qafqaztikintiquraşdırma MMC
16. Sanofen MMC
17. Trendservis MMC
18. RMT inşaat MMC
19. Terminal -A MMC
20. Azadlıq LTD
21. Constella MMC
22. Sistem X MMC və s.

Məlumatda iddia olunur ki, artıq bu MMC-lər fəaliyyətini dayandırıb. Çünki Mahir Mirzyev cari ildə yeni MMC-lər yaradıb. Həmin MMC-lərin adları belədir:

1. Retro inşaat MMC
2.Aktiv 2019 MMC
3.Ag Asto MMC
4.Papyalak MMC
5.Kaştasfiyer MMC
6.Ceburacka MMC
7.Lavars X4 MMC
8. Kayseri MMC
9. Uruqvay MMC
10. Nemansot 42 MMC
Məlumatda bildirilir ki, icra başçısının müavini MMC-lərin adlarını xarici ölkələrdə yeyib-içdiyi restoranların qəbzlərindən götürür...
Məqalədə adı hallanan şəxsləri də dinləməyə hazırıq... /azfakt


0 0



Şərhlər (Facebook)