Azərbaycan İnformasiya Agentliyi (AİA)


Hökumət “Azərkontrakt”ı ləğv edir, 81 yaşlı talançı eks-deputat gedir - Maxinasiyalar


Hökumət “Azərkontrakt”ı ləğv edir,  81 yaşlı talançı eks-deputat gedir - Maxinasiyalar
Hökumət “Azərkontrakt”ı ləğv edir, talançı 81 yaşlı eks-deputat gedir - Maxinasiyalar
Milli Məclisin ikinci və üçüncü çağırışlarında Lerik rayonundan deputat olmuş Miri Qəmbərov 81 yaşına çatmasına baxmayaraq, “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmaqdadır. Politika.Az xəbər verir ki, sabiq deputat mətbuata açıqlamasında son vaxtlar səhhətində problem yarandığını deyib: “Səhhətimdə bir az problem var. O da ciddi deyil. Adi qriplərdən yaraıb. Son bir həftədə işə çıxmıram. Sağalan kimi, işimin başına dönəcəm”.
Miri Qəmbərov, devalvasiyanın şirkətində yaratdığı fəsadlardan da danışıb: “Bu ümumi məsələdir. Ölkənin hər bir yerində fəaliyyət göstərən şirkətlərə devalvasiyanın təsiri qaçılmazdır. “Azərkontrakt” ASC-yə də bunun təsiri var. Amma işçilərin ixtisarı baş verməyib. Bu da keçəcək. Hər şey yaxşı olacaq”.
ASC sədrinin sözlərinə görə, Milli Məclisin indiki üzvləri ilə əlaqələri saxlayır: “Nə olsun ki, deputat deyiləm. Parlamentdə təmsil olunan deputatların çoxu ilə əlaqəm var. Sağ olsunlar, vaxtaşırı mənimlə hal-əhval tuturlar. Tez-tez olmasa da, arada görüşürük”.
Miri Qəmbərov, 1994-1997-ci illərdə Azərbaycan Respublikasının ticarət naziri vəzifəsində çalışıb. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 1997-ci ilin iyun ayından bu günə kimi "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir.
Politika.Az-ın əldə etdiyi məlumata görə, struktur islahatları çərçivəsində “Azərkontrakt” ASC-nin ləğvi planlaşdırılır. 81 yaşlı sədr isə istefaya göndərilir və bu qurumun fəaliyyətində hər hansı fayda da yoxdur. Əksinə, qanunsuzluq və maxinasiyalar kifayət qədərdir. Hakimiyyət qənaət rejiminə keçib və israfçılıq yaradan qurumlar ləğv olunur yaxud da birləşdirilir. M.Qəmbərovun yaşı kimi ASC-nin də vaxtı keçib və hökumət əlavə məsrəf etmək istəmir.
“Azkontrakt” ASC-nin tabeliyində olan “Azərmetal” Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasov qurumun prezidenti, sabiq deputat Miri Qəmbərovu ittiham etmişdi. Şahin Abbasovun iddialarına görə, Miri Qəmbərov “Azərkontrakt”ı fəaliyyətsiz duruma salıb. Bundan başqa sabiq deputat qurumun balansında olan torpaq sahələrini başqa şəxslərə satıb.
Bir müddət əvvəl prezidentə müraciət edən ASC işçiləri demişdi: “Qurumun özəlləşdiriləsi heç nəyi qalmayıb. Çünki Sizin məlum sərəncamınızdan əvvəl bəzi qüvvələr olan-qalan torpaq sahəsini və mülkiyyəti satıb-sovurub.
Hansı əsasla? Təsəvvür edin, hazırda «Lider-TV»nin yerləşdiyi və bir vaxtlar Bakıda hündürlüyünə və monolitliyinə görə diqqəti çəkən bina vaxtilə «Azərkontrakt» ASC-nin balansında olub. İndi ASC-nin sədri özü həmin binada kirayədə qalır.
Bu nə biabırçılıqdır??? Cənab Prezident! Bunları nəzərə alaraq acizanə xahiş edirik, «Azərkontrakt» ASC-nin adının təcili olaraq özəlləşdirilməyə verilən ASC-lər siyahısına salınmasına köməklik edəsiniz”.


0 0



Şərhlər (Facebook)