Azərbaycan İnformasiya Agentliyi (AİA)


ACUN ILICALI CƏLİLABADA GƏLIR?!:(SURVİVOR şərtlərinə sürüklənən Cəlilabaddan reportaj)


Azəri insanını gümrah və sağlam saxlayan heyvan ətidi. Dədə-babalarımızın sağlam uzunömürlülük düsturu... Əgər dünya qlobalizminin sərsəm və cəfəng ideyalarından bəhrələnməklə bu ləziz-kalorili təamdan imtana edərsək yaxud ət məhsullarına olan tələbatımızı xaricdən gətirilən məhsulların və Aqrolizinqlər tərəfindən kəndlilərə sırıdılan “inomarka” inəklərin ümidinə buraxarsaq, vay millətimizin halına!
Həftə ərzində minimum iki dəfə doyun qarına ət yeməyən milli insanımızın sir-sifətinin sirinsiyəcəyi, əməyə və ətrafına olan marağını itirəcəyi, hətta yaşamaq uğrunda mübarizə əzmindən vaz keçəcəyi şəksizdir.
Fəqət, möhtərəm Dövlət Başçımızın bilavasitə təşəbbüsü və göstərişi ilə həyata keçirilən kənd təsərrüfatı sahəsindəki islahatlar aidiyyatı qurumların və oliqarxların maraq-mənafeləri səbəbindən azəri insanını SURVİVOR yarışmasının şərtləri çərçivəsində yaşamağa sürükləyir. Xüsusən, oliqarx-məmurların əlinə oynayan yerli icra qurumlarının neqativ fəaliyyəti yemək rassionumuzun birinci pilləsində dayanan mal və quş ətinin təkcə bahalaşmasına yox, həm də yerli şəraitə uyğunlaşaraq hər türlü təbii şəraitdə yaşamağı bacaran yerli heyvan və quşlarımızın nəslinin kəsilməsinə rəvac verib.
Artıq otlaq və örüş sahələrinin ləğv edilərək pambıq və çuğundur əkilən ərazilərə çevrilməsi Cəlilabad rayonunda adi hala çevrilib. Baxmayaraq, Cəlilabad rayonu coğrafi mövqeyinə, spesifik təbiətinə görə sırf taxılçılıq və üzümçülük məkanıdır. Düzəngah ərazilərində yetişən pomidor və xiyarı, dağ havası şəraitində saxlanılan quşları bəlkə də dünyanın ən ləziz və keyfiyyətli təamlarıdır. Azərbaycanın cənub qapısı hesab edilən Cəlilabadda pambıq əkmək Rusiyanın Kamçatka vilayətində pambıq becərmək istəyi qədər məntiqsizdir.
Torpaq - torpaqdan əmələ gələn insan kimi deyil. İstəmədiyi neməti ona yedizdirə bilərsən, amma xeyirverən heç nə ala bilməzsən, əksinə onu xəstələndirərsən. Görünür bu səbəbdən Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövürdə Cəlilabad rayonunda pambıq əkininə heç bir səbəb görməmişdir. Lakin Onun sayəsində ən ucqar dağ kəndlərində belə əkilən yam-yaşıl üzüm plantasiyaları füsunkarlığı ilə hələ də yaddaşlardan silinməyib. Təəssüf ki, üzüm plantasiyalarının əzəmət bəxş etdiyi həmin ərazilər təkcə rəngini və şuxluğunu yox, həm də varlığını itirib. Hər il onlarla insanın öz ata-baba yurdunu tərk edərək rayonun düzəngah ərazilərinə, paytaxt Bakı şəhərinə köç etməsi adi hala çevrilib.
Bütun bunlar yerli icra qurumlarının dağ kəndlərinə ögey münasibətinin nəticəsidir. Görəsən, möhtərəm Dövlət Başçımız İlham Əliyevin təşəbbüs və göstərişlərini, əmr və sərəncamlarını doğru-dürüst yerinə yetirmək əvəzinə, müəyyən infirasruktura malik düzəngah ərazilərdə iş qörüntüsü yaratmaq meyllərinin kökündə nə dayanır? Axı söhbət on milyon əhaliyə sahib ölkəmizin ərzaq təminatından gedir!
Artıq düzəngah ərazilərdə yerləşən Alar, Qarazəncir, Təzəkənd, Sabirabad və sair kimi bələdiyyələrə aid torpaqların satılanı-satılıb, basılanı-basılıb... Dünənə qədər satılan və basılan torpaqlar barəsində münasibət bildirməyə cürəti çatmayan bəzi millət vəkilləri hay-küy salırlar ki, bələdiyyələr torpaq qalmayıb satıblar. Satmağa doğurdan satılıb, əziz millət vəkilləri. Amma sizlər satanın və alanın kim olduğunu daha yaxşı bilirsiniz. Yoxsa doğurdan hesab edirsiniz ki, bələdiyyə sədrinin torpaq satmağa duxu çatar? Öz dediyinizə heş özünüz də inanmırsınız.
ACUN ILICALI CƏLİLABADA GƏLIR?!:(SURVİVOR şərtlərinə sürüklənən Cəlilabaddan reportaj)

Necəki, mən də Cəlilabad rayonunda pampıq və çuğundurla kiminsə normal şərtlərlə ailə saxlayacağına inanmıram. Nə qədər ki, torpağın əsil sahibi və bilicisi olan kəndli kredit, infrasruktur və məmur asılılığından xilas edilməyib cəlilabadlı insan bala başı saxlamaq səadətini yaşaya bilməz.
Bu gün möhtərəm Prezidentin rəvac verdiyi ümummilli aqrar konsepsiyanın həyata keçirilməsində yerli şərait və yerli əhalinin heç olmazsa fikri nəzərə alınmır. Basdıqları bələdiyyə torpaqlarında və insanların ehtiyyacından, sadəlövhlüyündən bəhrələnərək su qiymətinə aldıqları pay torpaqlarında at oynadan kənardan “girdirmə” iş adamları yerli əhaliyə sadəcə ucuz işşi qüvvəsi, daha obrazlı desək kölə kimi baxır. Yerli sahibkarların başında turp əkən yerli icra məmurlarımız, kənardan dəvət edilən iş adamlarının başına tac qoyur.
Bir sözlə, dünənə qədər yeni iş yerləri yaratmaq adı altında manipuliyasiya edən Cəlilabadın aidiyyatı qurumları əvvəlki ampulalarındadırlar.
Yazının “DABAN”ı:
Bu yaxınlarda mal bazarına getmişdim. Getmişdim ki, cəlilabadlı heyvanların durumu ilə tanış olum. Həm üzüldüm, həm də zövq aldım. Zövq aldım ona görə ki, yanaqlarından qan daman, şəkil etibarı ilə Rembonun əzələlərini bir baş üstələyən yerli qəssab və mal dəllallarının fenomenal vid-fasonları əsil estetika hadisəsiydi. Üzüldüm ona görə ki, mal sahiblərinin tüklü sifətlərinə çökmüş kədər və iztirabın neqativ əlamətləri şaqqıldağ basmış heyvanlara da keçmişdi. Bax burda deyiblər, saxladığın heyvanı göstər, sənin kim olduğunu deyim. (Yazının davamı olacaq.)
HÜSAMƏ BİN SƏRXAN (Hüsaməddin Əhmədov)


0 0



Şərhlər (Facebook)