Azərbaycan İnformasiya Agentliyi (AİA)


İradə Gülməmmədovanın Abşeron sərgüzəştləri


Pediatrın “rüşvət iynəsi” rayona ölümcül zərbə vurur
02 sentyabr 2015-ci ildə Abşeron rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunan İradə Gülməmmədova haqqında mediada dərc olunan yazılardan sonra narazı insanların haqlı müraciətlərinin həllini tapacağına ümidlər yaranmışdı. Lakin, İradə xanım ölkənin qanunlarını tanımamağa davam edərək öz şəxsi maraqlarını ön plana çəkib. Realliq.info qeyd edir ki, İradə Gülməmmədova rayonun keçmiş icra başçısı, hazırda Sumqayıt meri Zakir Fərəcov tərəfindən bu vəzifəyə gətirilib. Onun həyat yoluna nəzər salanda bu fakt bir daha təsdiqini tapır.
Gülməmmədova İradə Akif qızı 01 oktyabr 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur.1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistutunun “Pediatriya” fakültəsini bitirmişdir.Əmək fəaliyyətinə1986-cı ildə Bakı şəhər 6 saylı Uşaq xəstəxanasında həkim “pediatr-interna” kimi başlamışdır.
1986-1995-ci illərdə Balakən rayon xəstəxanasında həkim “pediatr-neonotaloq” ,1995-2006-cı ilərdə Abşeron rayon uşaq polikilinikasında baş həkim ,2006-2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2014-2015-ci illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının 1-ci müavini vəzifəsində çalışmışdır.
02 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1392 saylı Sərncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Abşeronda baş vəzifəyə gətirildikdən sonra bəziləri onu Zakir Fərəcovun davamçısı olmayacağını düşünürdü. Lakin, bizim düşüncələrimiz İradə Gülməmmədovanın müəllimindən öyrəndiklərini icra edəcəyini söyləyirdi. Elə də oldu. Iradə xanım Abşeronu şəxsi mülkü sayaraq rayon ərazisində boş qalan torpaqları kütləvi şəkildə istismar etməyə başladı. Burdan əldə etdiyi gəlirlə kifayətlənməyən xanım icra başçısı sənədli torpaq sahələrində tikinti aparan sadə vətəndaşları da qaydalarına əməl etməyə məcbur edir. Belə ki, İradə xanımın istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir. Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür. Başçının qoçuları tərəfindən həyata keçirilən bu özbaşınalığa keçmiş icra başçısının qohumları da qatılır və İradə xanıma olan “sədaqət”ini nümayiş etdirmiş olurlar. Realliq.info-nun apardığı araşdırmalar zamanı məlum olub ki, ev tikintisi üçün tələb edilən rüşvət dərhal ödənilmədikdə tikinti dayandırılır və bir gün ev sahibinə vaxt verilir. Əgər verilən müddətdə tələb olunan rüşvət İradə xanımın çantasına və ya kassasına daxil olmayıbsa o zaman icra başçısının qoçu dəstəsi və onların nəzarətində evi dağıtmağa hazır olan texnikalar “iş başına” keçir. Iradə xanımın Elmir, Fuad və digər bu kimi şəxslər vasitəsilə həyata keçirdiyi özbaşınalığa hələ ki, “dur” deyən yoxdur. Icra başçısının qardaşı və digər qohumları da vətəndaşların hüquqlarını pozmaqla rayonda ad çıxarıblar. Onların qanunsuz əməlləri ilə bağlı növbəti yazıda ətraflı məlumat verəcəyik.
Abşeronda problemlər və rüşvət yığımı təkcə bu deyilənlərlə yekunlaşmır. Rayon ərazisində yerləşən pay torpaqlarda icra başçısının təyin etdiyi qiymətlərlə satışa çıxarılıb satılmaqdadır. Realliq.info – nun araşdırmasına görə həmin torpaqlarda fərdi tikintilərin aparılması qanunla qadağan olunsa da İradə xanımın “hörməti”ni edənlər istədiyini edə bilərlər. Qəribə də olsa icra başçısı yuxarılara üz tutan şikayətçilərin istəklərini gözündə qoymağa davam edir. “Burda mənəm Bağdadda kor xəlifə” – deyib rayon sakinlərinə divan tutan Pediatr icra başçısı millətin iynəsini daha sərt qaydada “vurur”
Iradə Gülməmmədova rayonun Dövlət müəssisələrinə də öz istəklərini bildirib. Onun qaydalarına görə rayonda fəaliyyət göstərən təşkilatlar və idarələr aylıq “hörmət” etməlidirlər. Bu barədə növbəti yazımızda.
Bu faktlarla yanaşı icra başçısının qardaşı rayonun Fatmayi kəndində ucaltdığı villalar diqqətdən yayınmır. Hətta İradə xanımın qardaşının böyük torpaq sahəsini zəbt edərək müəssisə tikintisinə başlaması narazılıqlara səbəb olub.
Yazıda adı keçən şəxslərdən faktlara münasibət öyrənmək cəhdlərimiz boşa çıxdı. Amma yenə qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.mənbə:My Webpage
Realliq.info


0 0



Şərhlər (Facebook)