Azərbaycan İnformasiya Agentliyi (AİA)


POLKOVNİKİN ÖLÜMÜ YENİDƏN ARAŞDIRILACAQ? – Bağlanmış cinayət işilə bağlı yeni məlumatlar


POLKOVNİKİN ÖLÜMÜ YENİDƏN ARAŞDIRILACAQ? – Bağlanmış cinayət işilə bağlı yeni məlumatlar
POLKOVNİKİN ÖLÜMÜ YENİDƏN ARAŞDIRILACAQ? – Bağlanmış cinayət işilə bağlı yeni məlumatlar

Bu yaxınlarda Bakı şəhəri R.Rza küçəsi, ev 110 –un sakini Ağakərim Kərimov Press-az.com-a müraciət edərək vaxtilə işlədiyi musiqi məktəbində baş verən qanunsuzluqlardan şikayətlənib. Onun dediyinə görə, 1998-ci ildən 2007-ci ilə kimi Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbində tar müəllimi işləyib. A.Kərimov deyir ki,məktəbin direktoru Məhin Orucovanın dövlət vəsaitini mənimsəməsi,məktəbdə “Ölü canlar” saxlaması və bu kimi qeyri-qanuni hərəkətləri barədə 6 müəllimin şikayətindən sonra o,qeyri-qanuni olaraq işdən çıxarılır: “Direktor müavini İradə Babazadə, müəllimlər – Səbinə Orucova, Rəşadət Bədəlova, İnna Şaşkova, Sevda Nəcəfova və mənim imzamla birgə 20.12.2005 tarixdə məktəbdə baş verən saxtakarlıqlar barədə aidiyyatı dairələrə şikayət məktubu yolladıq. Bundan sonra direktorun əməlləri araşdırılmaq əvəzinə bizə qarşı təzyiqlər başladı. Saxta sənəd əsasında,nazir Əbülfəz Qarayevin imzası və nazirliyin möhürü olmadan 22.06.06-tarixli əmr əsasında İradə Babazadə işdən çıxarıldı. Bu işdə direktora nazirlikdən nazir müavini Sevda Məmmədəliyeva, Mədəniyyət və Turizm İdarəsindən isə Bəturə Məmmədəliyeva himayəçilik etdi. Qeyd edim ki, bu qadınlar həmyerlidirlər və təəsüf ki hələ də Azərbaycanda Sovet dövründən qalma yerlibazlıq, qohumbazlıq sindromu davam etməkdədir” A.Kərimovun şikayət ərizəsini olduğu kimi dərc edirik.

Ə R İ Z Ə


Hörmətli Press-az.com saytının redaksiyası , Sizə müraciət edərək bildirirəm ki, mən 1998-ci ildən Bakı şəhəri Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbində tar müəllimi işləmişəm .
2001-ci ildə məktəbə direktor təyin edilən Orucova Məhin Əli qızı işə başlayandan sonra özünə tabe olanların hamısmı saxtakarlığa,dələduzluğa əliəyriliyə,rüşvətə sövq etmiş və bununla da məktəbdə özünə məxsus tərzdə kriminal stuktur yaratmışdır.
Bu vəziyyətlə barışmayan məndə daxil olmaqla 6 nəfər müəllim məktəbdə baş verən özbaşnalıqlar yəni direktorun “Ölü canlar” saxlaması və digər qanun pozuntuları barədə Baş Prokrorluğa şikayət etmişdik. Bundan sonra direktor M.Orucova şikayət etmiş müəllimlərə qarşı qərəzli və qisasçılıq mövqeyi tutmuşdur . Ilk olaraq tədris hissə müdürü İradə Babazadə Mədəniyyət və Turizm Nazirliyinin 22.06.2006-cı il tarixli 260 saylı saxta əmri ilə (həmin əmrdə Nazirliyin möhürü və Nazirin imzası yoxdur.) qeyri – qanuni olaraq işdən azad edildi. Bu hiyləgər saxtakarlığın təşkiiatçısı vəM.Orucova S.Məmmədəliyevanm himayədarlığına arxalanaraq məktəbi bandit-quldur yuvasına çevrmişdir. İkinci vurulmalı hədəf kimi mən seçildim və göziənilmədən 26.11.2007- ci il tarixdə qeyri-qanuni olaraq mən də işdən azad edildim. Məlum olmuşdurki bu şəxs mənim məlumatım olmadan əsassız olaraq “6 gün” ərzində (2 oktyabr və 8 oktyabr 2007- ci il tarixlərdə) iki töhmət vermişdir və bu da onu sübuta yetirir ki bu əvvəlcədən planlaşdırılmış qaydada həyata keçirilmişdir. Məndə olan məlumata görə M.Orucova məktəbin təmirinə 2004-cü ildə ayrılan külli miqdarda -25.000 000 AZM {25 milyon), (5000 AZN) dövlət tərəfindən ayrılan vəsaiti mənimsəmişdir. Həmçinin mən işdən azad edilərkən qanunvericiliyin tələblərinə uygun olaraq son haqq-hesab sonuncu iş günü ödənilməli və əmək kitabçası da həmin gün verilməli idi lakin, həmin gün tələb etsəm də mənə verilməmişdir və bu günə kimi də nə son haqq-hesab nə də ki əmək kitabçası mənə verilməmişdir. M.Orucovaya 2008-2009-cu tədris ilində məktəbdə yol verdiyi nöqsanlara görə AR Mədəniyyət və Turizm Naziri Ə.Qarayev tərəfındən töhmət verilmişdir. Valideynlərdən bu yaxınlarda aldığım məlumata görə hər şagirddən 20 manat məbləğində müəllimlər günü adı altında məcburi qaydada pul yığılmışdır, nəzərə alsaq ki, məktəbdə 700-800 nəfərə yaxın şagird təhsil alır, belə olan halda bu on dörd – on altı min manat vəsait edir, lakin valideynlər nədənsə çəkinərək bu barədə müraciət etməyə təşəbbüs göstərmirlər. Küllü miqdarda məbləğ yığıldıqdan sonra M.Orucova böyük bir təm-təraqla R.Behbudov adına Mahnı Teatrı binasında özünə həsr edilmiş 50 illik yubiley gecəsi keçirmişdir. Göründüyü kimi M.Orucova ona həvalə edilən vəzifəni layiqincə yerinə yetirmək əvəzinə başqalarının hesabına və ayrılan dövlət vəsaitini talayıb mənimsəməklə az bir vaxtda varlanmaq, özünə dəbdəbəli və qudurğan həyat qurmaq arzularını gerçəkləşdirmək yolunu tutmuşdur. Orada işləyən şəxslərin bu məsələlər barədə ətraflı məlumatları vardır və hesab edirəm ki, qeyd olunanlar əsassız ola bilməz . Mənim M.Orucova barəsində şikayət ərizəm Səbail rayon prokurorluğunda icraata qəbul edilmiş, lakin göstərilən faktlarla baglı heç bir ətraflı təhqiqat aparılmadan gözlənilmədən 20 gündən sonra tez-tələsik 14 sentyabr 2016-cı il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında ” qərar çıxarmışdır. Bu qərardan cəmi 5 gün sonra şok təsuratlı təəccübə səbəb olan bir hadisə baş vermiş, 19 sentyabr 2016- cı il tarixdə ölkə prezidentinin sərəncamı ilə kriminal əməllər sahibi məktəb direktoru M. Orucovaya fəxri ad verildi. Dəhşət… bu ölkədə nələr baş verir. Müəllimi əzib məhv edən, müəllimi məhrumiyyətli və əzablı həyata sürükləyən, ondan amansız inPOLKOVNİKİN ÖLÜMÜ YENİDƏN ARAŞDIRILACAQ? – Bağlanmış cinayət işilə bağlı yeni məlumatlartiqam və qisas alan şəxs “əməkdar müəllim”fəxri ada layiq görülür. Budurmu Azərbaycanın “əməkdar müəllimi”
Bir məsələnidə qeyd etməyi vacib bilirəm. Bu il görkəməli bəstəkar Cövdət Hacıyevin 100 yaşı tamam olur. Bu bir əsrlik yuvarlaq yubileylə əlaqədar Azərbaycanda və bir neçə xarici dövlətlərdə C.Hacıyevin yaradıcılığına həsr edilən yığıncaqlar və əsərlərindən ibarət konsertlər keçirilir. Nəzərə alsaq ki 3 saylı musiqi məktəbi C.Hacıyev adınadır onda bu bəstəkara qarşı hörmətsizlik və saymamazlıqdır. Adı hüquq-mühafızə orqanlarında, məhkəmələrdə, televiziya və mətbuatda, nazirlik və idarələrdə çox saylı qanun pozuntuları və cinayət tərkibli əməllərin baş alıb getməsi barədə mütəmadi olaraq hallandırılan musiqi məktəbinə C.Hacıyev adını layiq bilənlər onun şəxsiyyətinə və musiqi aləmində olan nüfuzuna ciddi zərbə vururlar. Mədəniyyət nazirliyi, Bəstəkarlar İttifaqı, C. Hacıyevi sevənlər, onun davamçıları və nəhayətdə onun ailə üzvləri bu aşağılayıcı rüsvayçılığa vəziyyətə etiraz etməlidirlər. Hörmətli redaksiya, Sizdən xahiş edirəm bu ərizəni öz saytınızda dərc edərək ictimaiyyəti məsələ barədə xəbərdar edəsiniz. Yazıda adı çəkilən şəxslərin də qarşı tərəf kimi mövqelərini işıqlandırmağa hazırıq…. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.


0 0



Şərhlər (Facebook)