Azərbaycan İnformasiya Agentliyi (AİA)


Lənkəranskinin il mərasimi: minlərlə avtomobil, 50 metrlik çadır... (YENİLƏNİB)


Bu gün Türkiyədə güllələnərək qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyev) il mərasimi keçirilir.

"Qaynarinfo" xəbər verir ki, mərasim mərhumun yaşadığı Kiçik Bazar məhəlləsində baş tutacaq.

Lənkəranskinin il mərasimində bir çox tanınmış "oğru"ların iştirak etdiyi və yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilir.

Rövşən Lənkəranskiyə hörmət əlaməti olaraq, bu gün Lənkəran şəhərində bütün toy mərasimləri təxirə salınıb

Şahidlərin bildirdiyinə görə, mərasim çadırının uzunluğu 50 metrdən artıqdır: "Mərasimdə böyük izdiham var. Onlar əsasən 20-35 yaş arası gənclərdir. Mərasim çadırına 1-ci növbədə şəhərin və ətraf rayonların yaşlı, tanınmış insanları daxil olur. Ehsan süfrəsi və xidmət yüksək səviyyədə təşkil olunub. İmkansız ailələrə ehsan bağlamaları paylanılır. Şəhərin Kiçik Bazar nahiyyəsində bütün gələnlərə qarşı ən yüksək səviyyədə hörmət, ehtiram göstərilir. Kənar seriyalı bütün maşınların bir ünvanı var. Soruşmağa ehtiyac yoxdur: ünvan Kiçik Bazar, Şəhidlər xiyabanı küçəsidir. Küçə boyu birtərəfli qaydada mindən çox avtomobil düzülüb. Öz istəkləri ilə, fərdi qaydada günboyu Kiçik Bazar qəbristanlığına, Lənkəranskinin məzarı üstünə gedənlərin sayı da xeyli çoxdur. Mərasim hazırda davam edir".

Qeyd edək ki, Lənkəranskinin ölümü ilə bağlı Türkiyədə və Rusiyada bir neçə nəfər saxlanılıb, onun qətlində günahlandırılan bir neçə şəxs isə Lənkəranskinin öz tərəfdarları tərəfindən öldürüldüyü bildirilir.


0 0



Şərhlər (Facebook)