Azərbaycan İnformasiya Agentliyi (AİA)


Nizami rayonunda daha bir parkı restorana çevirdilər - İTTİHAM


Bakının Nizami rayonu ərazisində yerləşən Xəzər universitetinin əsas korpusunun önündəki kiçik park-xiyaban təxminən 2 il idi ki, hasarlanmış və ətrafına "parkda təmir-bərpa işləri gedir, müvəqqəti narahatlığa görə üzr istəyirik" sözləri yazılmış lövhələr asılmışdı..Sonradan bəlli oldu ki, bu "müvəqqəti narahatçılıq" daimi narahatlıqla əvəz olunaraq, park öz təyinatından tam çıxarılaraq "Xəzri" adlı böyük bir restorana çevrildi.. Artıq keçmiş parkın həmin hissəsindən əhalinin-sakinlərin keçməsi belə mümkünsüz hala gəlmişdir. Göründüyü kimi, bu proses parkın qalan hissələrinə də sirayət etməklə öz məntiqi sonluğuna çatacaqdır..Axı bu parkın təyinatını kim və hansı qanuni əsasla dəyişdirmişdir?.. Bunu yalnız Nazirlər Kabineti etməyə səlahiyyətlidir..Görəsən bu zəbtetmə prosesinə kimlər və nəyə görə rəvac vermişlər?..
Yusif Nəzərov
P.S. Faktla bağlı ilk öncə Xəzər universiteti ilə əlaqə saxladıq. Onlar da bu faktı ürək ağrısı ilə təsdiq etdilər və Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağımızı bildirdilər. İcra Hakimiyyətində isə telefon zənglərimizi ötür-ötür oynuna çevirməklə cavab verməkdən yayındılar. Araşdırmamız davam edir.


0 0



Şərhlər (Facebook)