Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şagirdə qarşı əxlaqsız hərəkət etməkdə təqsirləndirilən direktor həbs olundu


Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində həbs qəti imkan tədbiri seçilib.

APA-nın verdiyi məlumata görə, Gülməz Alxasov barəsində, Xaçmaz Rayon Prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə, 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur.


0 0



Şərhlər (Facebook)