Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şuşa RHİ-nin başçısı Bayram Səfərov işlətdiyi fəhlələrin pulunu ödəmir – ŞİKAYƏT


Azerbaycaninfo.az xəbər verir ki, BakuNews.az-n redaksiyamıza müraciət edən Həsən Xəlilov adlı vətəndaş Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərova məxsus olduğu bildirilən “Leyla PALACE” şadlıq evində usta kimi işlədiklərini pullarının isə ala bilmıdiklərini bildirir. H.Xəlilovun sözlərinə görə, əvəlcədən əldə olunmuş razılığa əsasən 11.100 manatlıq işi görən ustalara 6.900 pul ödənilib. İş sona çatdıqdan sonra şadlıq evinin əməkdaşları görülən işin onları qane etmədiyini bildirərək borclu olduqları 4.200 manatı ödəməkdən imtina ediblər. Görülən işin göz qabağında olduğunu Şadlıq evinin əməkdaşlarının diqqətinə çatıran ustalar, onlara qarşı haqqsızlıq edildiyini və alacaqları pulun müxtəlif bəhanələrlə ödənilmədiyini bildirirlər. Bu azmış kimi, Şadlıq evinin rəhbərliyi ustalara hədə-qorxu gələrək onlardan əlavə 2.000 manat əlavə pul tələb etməkdədir –deyə H.Xəlilov qeyd edib.

“Leyla PALACE” faktiki rəhbərlik edən Əfqan adlı şəxs isə dahada uzağa gedərək, ustalara bildirib ki, çox səs salsanız cibinizə nəşə atdırıb türmələrdə çürüdərəm. Ustalar məcburiyyət qarşısında qalaraq şikayətlərinin mətbuatda ictimailəşdirilməsini xahiş edirlər. Məsələ ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla gün ərzində əlaqə yaratmaq cəhdlərimiz boşa çıxdı.

Maraqlıdır işğal altında olan rayonun icra başçısı “Leyla PALACE”-nin yerləşdiyi ərazi üzrə polis bölməsinin rəisi olan oğluna (Xəlil Səfərov nəzərdə tutulur) güvəndiyi üçün bu addımları atır?

Bu və ya digər suallara cavab tapmaq üçün qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Bizi izləyin.

V.Paşayev
BakuNews.az


0 0



Şərhlər (Facebook)