Azərbaycan İnformasiya Agentliyi (AİA)


Füzüli icra hakimiyyətinin dövlət proqramına aid sənədlərdə etdiyi saxtakarlıq üzə çıxarıldı


Füzüli icra hakimiyyətinin dövlət proqramına aid sənədlərdə etdiyi saxtakarlıq üzə çıxarıldı
Vüqar Qasımov



Nümayəndə Qasımov Vüqar Vaqif oğlu Füzuli rayon icra hakimiyyətində baş verənlərlə bağlı Bakunews.az-a böyük təəsüf hissinin bildirərək aşağıdakıları qeyd etdi.

"Onu qeyd edim ki, dövlətimizin mənafeyini müdafiə etmək və qorumaq hər bir Azərbaycan Respublikasının vətəndaşının başlıca vəzifələrindən biri hesab olunur. Xüsusən Prezidentimiz cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramının həyata keçirilməsində Füzüli rayon İcra Hakimiyyətin başçısı Alı Alıyevin tabeliyində olan vəzifəli şəxslər Süleyman Əliyev, Niyaməddin Quliyev, Əbülfət İbrahimov və Elmir Allahyarov tərəfindən sənədlərdə saxtakarlığa yol verməsi nəticəsində, 7 nəfər ailə üzvündən ibarət Füzuli rayonundan məcburi köçkün olan 1964-cü il təvəllüdlü Nağıyev Adil İsmayıl oğlu, dövlət tərəfindən verilmiş, bütün zəruri sosial-texniki infrastrukturlu obyektləri ilə birlikdə salınan qəsəbədə yerləşən evindən məhrum olunmuşdur.

Maraqlısı odur ki, bu baş verənlərdən məlumatlı olan Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev yoldaşların bu baş verənlərə göz yumaraq qanuna zidd hərəkətsizlik edir. Əlavə olaraq rayon icra hakimiyyəti başçısı A.Alıyevin rayon sakinlərinin (vətəndaşının) ərizə və şikayətlərinə qarşı laqeyd münasibəti və hərəkətsizliyi ilə Ölkə başçısı, Prezedent İlham Əliyevin etimadını regionda doğrultmaması xarakterini əks etdirir. Bunu sübut edən məhkəmə qərarı və kifayət qədər HÜQUQİ ƏSASLAR mövcudur. Füzuli rayon icra hakimiyyətinin məsul vəzifəli şəxslərin dövlət proqramının həyata keçirilməsində sənədlərdə yol verdiyi SAXTAKARLIĞI Sizlərə yaxın zamanlarda ətraflı təqdim edəcəyik.

Hesab edirəm ki, bu kimi qanun pozuntuları ilə vətəndaşlarda dövlətə qarşı inamsızlıq ruhunun oyadılmasına xidmət edər hərəkətlərin qarşısı aidiyyati dövlət orqanları və nazirlikləri tərəfindən qətiyyətlə alınmalıdır.

Hörmətlə, Vüqar Qasımov".

Artıq bu məsələ ilə bağlı qanunla müvafiq qaydada araşdırma aparılması və təqsirkar məsul şəxslər barədə tədbir görülməsi məqsədi ilə, nümayəndə Vüqar Qasımov tərəfindən AR Baş Prokurorluğa, AR DTX-nə və Prezident Administasiyasina toplanmış materiallarla birgə rəsmi müraciət olunacağı qeyd olunur.


0 0



Şərhlər (Facebook)