Azərbaycan İnformasiya Agentliyi (AİA)


Məmmədova Ramella Şaumyan qızınınn “PAPKA MƏKTƏBLƏRİ” – Və yaxud “zəlil” günə salınan Füzuli təhsili


Azerbaycaninfo.az təqdim edir. Məmmədova Ramella Şaumyan qızınınn “PAPKA MƏKTƏBLƏRİ” – Və yaxud “zəlil” günə salınan Füzuli təhsili
Ramella Məmmədova Şaumyan qızı Füzuli rayon Təhsil Şöbəsinə müdir təyin olunandan sonra sabiq müdir Almaz Həşimovadan rayon təhsilinə miras qalan tənəzzül tendensiyası daha da dərinləşib və artıq bu sahə süquta yaxınlaşmaqdadır. Beyləqan rayonunda yerləşən 22, 24, 27, 55, 43,16, 17, 18, saylı köçkün Füzuli şəhər məktəblərinin fəaliyyəti kağız üzərindədir. Çünki faktiki olaraq həmin məktəblərin xidmət etdiyi şagird kontingenti Füzulidə yeni salınan və hər cür infrastrukturla, o cümlədən məktəblərlə təmin olunan qəsəbələrə köçürülərək orada məskunlaşıblar və təzə məktəblərdə təhsillərini davam etdirirlər. Beyləqandakı sözügedən Füzuli məktəblərində davamiyyət sıfra bərabərdir.

Olsa-olsa, həmin məktəblərə tək-tük yerli Beyləqan sakinləri öz övladlarının adlarını qeydiyyata salırlar ki, bunlar da əsasən məktəbə deyil, repetitor yanına gedən yuxarı sinif şagirdləridir. Təbii ki, direktorların yaratdığı bu imtiyazdan yararlanmaq təmənnasız deyildir. Bundan əlavə, məktəb direktorları öz ailə üzvlərini rəhbərlik etdikləri məktəbin işçi heyətinə salıb heç bir iş görmədikləri halda onlara maaş yazaraq dövlət vəsaitini talan edirlər. Məhz bu və digər korruptiv səbəblərdəndir ki, Ramella Məmmədova “papka məktəbləri”nin ləğv edilməsinə hər vəchlə mane olur.

Bu sadaladıqlarımız əlbəttə ki, R. Məmmədovanın Füzuli rayon təhsilində rəvac verdiyi qanunsuzluqlarının yalnız bir hissəsidir. RTŞ müdirinin barəsində indiyədək KİV-də müxtəlif vaxtlarda xeyli sayda tənqidi yazılar dərc olunub. Cəmiyyət, təhsil ictimaiyyəti, Füzuli rayonunun təerəqqipərvər vətəndaşları həmin yazılardan xəbərdar olsalar da, hamı gözləmə mövqeyi tutmuş, bir növ sanki Ramella müəlliməyə “fora” verilmiş kimiydi ki, mövcud potensialı səfərbər edib inkişafa yönəldə bilsin. Ancaq müşahidələr tezliklə göstərdi ki, o da verilmiş vaxtı və vəzifəni öz şəxsi maraqlarını təmin etmək fürsəti kimi dəyərləndirir. Artıq bu limit tükənib, cəmiyyət məcburi köçkün rayonlarının təhsilinə, məktəblərinin fəaliyyətinə “səhra cərrahiyyəsi” kimi yanaşmır. Bütün başqa, əmin – amanlıq, sabitlik şəraitində yaşayan rayonlarında təhsilə verilən tələblər Füzuli rayonuna da şamildir. Daha heç kəsi aldatmaq, gözünə kül üfürmək mümkün deyildir.

Sonda qeyd edim ki, Ramella Məmmədova bəzi ələbaxan saytlarda öz şənninə təriflər yazdırır. “Görünən kəndə nə bələtçi”. Hər şey göz qabağındadır.

Ramin Məhəmmədoğlu
İstinad olunan mənbə bu linkdir:My Webpage
Azerbaycaninfo.az olaraq yazıya münasibət öyrənməyə çalışdıq. Qarşı tərəf faktları nə təsdiq, nə də ki, təkzib etdi.


0 0



Şərhlər (Facebook)