Azərbaycan İnformasiya Agentliyi (AİA)


İcra başçısı Əhəd Abıyev jurnalisti və ailə üzvlərini hədələyir: "Ünvanıma çox ağır söyüşlər söydü..." - Müraciət


Tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl "Qafqazinfo”da yayımlanan "Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub.

Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub.

Məsələylə bağlı "Qafqazinfo”ya açıqlama verən S.Verdizadə deyib ki, yazı sayta yerləşdiriləndən sonra icra başçısının yaxınları və müavinləri tərəfindən təhqir edilir, ailə üzvləri təhdid olunur:
"Mütəmadi olaraq, müqavilə əsasında çalışdığım yeganə yer "Qafqazinfo” saytıdır. Noyabrın 26-da ”Əsa ilə gəzən icra başcısı, işsiz gənclər” adlı yazı yazmışam və dünən səhər saatlarından başlayaraq Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev yaxınları vasitəsi ilə mənə təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək mənə hədə-qorxu gəlir.

Bu gün səhər isə Ə.Abıyevin müavini Namiq Süleymanov zəng etdi, ünvanıma çox ağır söyüşlər səsləndirməyə başladı. Əlbəttə, onun səviyyəsinə enmədim, nəzərinə çatdırdım ki, məsələni ictimailəşdirəcəm”.

Jurnalist hadisə ilə bağlı həmkarlarından kömək istəyib:"Hesab edirəm ki, həmkarlarım, jurnalist təşkilatları, o cümlədən Mətbuat Şurası bu çirkin hadisəyə öz etirazını bildirməlidir. Yazıya görə, jurnalisti söymək ənənəsi orta əsrlərdə qalıb, indi 21-ci əsrdir”.

20 ilə yaxındır jurnalist fəaliyyəti ilə məşğul olduğunu deyən S.Verdizadə bildirib ki, həmişə də tənqidçi mövqe tutub:

"Dəfələrlə təzyiqlərə məruz qalmışam, amma ilk dəfədir ki, ailə üzvlərim, qohumlarım, dostlarım hədəfə götürülüb. Əhəd Abıyev anlamalıdır ki, təhdidləri məni yolumdan döndərə bilməz".


0 0



Şərhlər (Facebook)