Azərbaycan İnformasiya Agentliyi (AİA)


Səudiyyəli tarixçi Fəxrəddin paşa haqda səslənən iddiaları faktlarla darmadağın etdi – Video


Səudiyyə Ərəbistanından olan tarixçi professor Faiz ibn Musa əl-Badrani əl-Harbi ingilislərə qarşı Mədənə şəhərinin müdafiəsini təşkil edən, Osmanlı komandanı Fəxrəddin paşa haqqında iftiralara cavab verib.

Avropa.info xəbər verir ki, səudiyyəli tarixçi paşaya atılan iftiraların əsl haqsızlıq olduğunu deyib. Faiz əl-Harbi ərəbcə kitablarda osmanlılar haqda dərc olunanların ingilis mənbələri olduğunu, Fəxrəddin Paşa və əsgərlərinin ittiham olunduğu cinayətlərin yalan olduğunu deyib:

“Bu Fəxrəddin paşaya və tarixi mənbələrə qarşı haqsızlıqdır. Mən səfərbərliklə bağlı araşdırma apardım və professor Süleyman Elrihelli ilə birlikdə bu haqda konfrans keçirdim. Bu araşdırma və mövzu ilə bağlı “Əl-Cəzirə” qəzetində bir çox məqaləm dərc olunub. Bu onu göstərir ki, biz ərəblər Fəxrəddin paşa ilə bağlı bu haqsız məlumatı ingilislərin və Şərif Hüseynin ibn Əlinin propaqandasından aldıq.

Ərəblər və mənim qəbiləmdən olanların hamısı ingilislərdən pul alaraq üsyana başladılar. Pul qarşılığında silahları da onlardan alaraq Osmanlıya üsyan edirdilər. Qəbilənin şeyxi ilə görüşürdülər. Sənin qəbiləndə neçə adam vardı deyə soruşurdular. Saya uyğun silah verirdilər. Osmanlı dövlətinə qarşı üsyan qaldırmaq istəyirdilər. Buna nə ad verə bilərik: inqilabmı, xainlikmi və ya ingilislərlə əməkdaşlıqmı? Professor mühasirədən bəhs edir, lakin ingilislərin Mədinəyə olmalarından bəhs etmir. 20-dən çox casus Mədinədə kəşfiyyat aparırdı. O, professor Şərif Hüseynin gündəliyini oxusaydı, bunu deməzdi. Çünki o gündəlikdə Şərifin yanında çoxlu ingilis casusları vardı yazılıb. O gündəlikdə deyilir ki, Lourens Əl-Fireşdə idi. Şərif Nahis Əd Duveybiyə deyir ki, “gizlən-gizlən, bir xristian səni burada görməsin”. Həmin professor bunu demir.

Fəxrəddin paşa Mədinə xalqından mülki silah olaraq istifadə etmədi, onlardan qalxan kimi istifadə etmədi. Mədinə xalqının öz istəyi ilə şəhərdən çıxmasına icazə verdi. Mədinədə ərzaq qurtarandan sonra məcburi köç başlatıldı. Mədinədən Məkkə və Yəbuya getmələrinə icazə vermədi. Mədinəni mühasirəyə alan ingilislərə su verməmələri üçün”.



0 0



Şərhlər (Facebook)