Azərbaycan İnformasiya Agentliyi (AİA)


İmici üstündə əsən nazir və onun tender maxinasiyasına bulaşmış kadrı-ƏƏSMN-də QALMAQAL




İmici üstündə əsən nazir və onun tender maxinasiyasına bulaşmış kadrı-ƏƏSMN-də QALMAQAL
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun hayküylü anti-korrupsiya islahatlarından 3 ildən artıq vaxt keçir. Füzuli Ələkbərovun dövründə nazirliyin çirkab içində olduğunu deyən S.Müslümov sabiq nazirin bütün kadrlarını təmizləyib, silib-süpürdü. Nazirlikdə Ələkbərov dövründə demək olar ki, bir kadr qalmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri postuna təyin edildikdən sonra Səlim Müslümovun sanki yeni bir imacının cızılmasına girişildi. Əslində, bu, bir yeni siyasət idi. Və hakimiyyətin yeni dəst-xətti diqtə edirdi ki, nazirlər islahatçı olsunlar. Lakin xüsusi olaraq Səlim Müslümov yeni imicin şərtlərindən doğan davranış heç də yaraşmadı. Ən azından yeni imic bir qədər çeviklik və səmimilik tələb edir ki, bunlar da «sobez»lərdən yaxşı tanıdığımız Səlim Müslümov üçün heç də xarakterik hesab olunmur.

Təbii ki, istənilən halda yaxşılığa doğru bütün dəyişikliklər alqışlanmalıdır. Və əgər Səlim Müslümov həqiqətən də yaxşılığa doğru dəyişiklik qərarı veribsə, hətta hazırki qeyri-səmimi görüntüsüylə belə cəmiyyət üçün müsbət fiqur hesab oluna bilər. Amma bir daha vurğulayırıq, əgər həqiqətən də belədirsə…

Reallıq isə cənəb nazirin antikorrupsiya tədbirlərinin daha çox şou xarakterli olduğunu göstərir.

Azerinfo.az-a edilən son şikayətdən görünür ki, Səlim Müslümovun kadrı qorxub-çəkinmədən tender maxinasiyasına görə küllü-miqdarda rüşvət alıb.

Əslən Ağdam rayonundan olan sahibkar Allahverdiyev Gündüz Fəxrəddin oğlu Azerinfo.az-a bildirib ki, 2 il əvvəl Sumqayıt şəhərində əllillər üçün nəzərdə tutulmuş binanın inşası üçün keçirilən tenderin qalibi olmaq üçün ƏƏSMN-nin məsul işçisi olan Səyab Abıyevə 70 min dollar verib. Lakin pul verilsə də, üstündən xeyli müddət keçməyinə baxmayaraq Səyab Abıyevdən xəbər çıxmayıb. Sahibkarlar pullarını geri tələb edəndə Səyab Abıyev onları Daşkəsən icra başçısı Əhəd Abıyevlə və Gəncədə polis rəisi işləyən diğər əmisinin adı ilə təhdid edib, onları şərlədib tutduracağı ilə hədələyib.

Abıyevlərin imici Səlim Müslümovdan fərqli olaraq son dövrlərdə xeyli korlanıb, adları da mütamadi qalmaqallarda hallanır.

Suyu belə desək üfürə-üfürə içən cənab nazir belə bir kadrı nə əcəb yanında saxlayıb və bu mövzu ilə maraqlanmayıb? Əhəd Abıyevə görə Səlim Müslümov işçisinin cinayətinə göz yumacaqmı? Hər halda bunu zaman göstərəcək. Qarşı tərəfi dinləməyə hazırıq. İstinad olunan mənbə bu linkdir:My Webpage


0 0



Şərhlər (Facebook)