Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sabunçu rayon icra hakimiyyətinin Balaxanı qəsəbəsinin mövcudlugundan xəbəri var görəsən?-ŞİKAYƏT


Sabunçu rayon icra hakimiyyətinin Balaxanı qəsəbəsinin mövcudlugundan xəbəri var görəsən?-ŞİKAYƏT
Sabunçu rayon icra hakimiyyətinin Balaxanı qəsəbəsinin mövcudlugundan xəbəri var görəsən?-ŞİKAYƏT

Hakimiyyet.Az-ın redaksiyasına Sabunçu rayonu Balaxanı qəsəbəsinin sakinləri tərəfindən şikayət məktubu daxil olub.Həmin şikayəti nəzərinizə çatdırırıq:

Bu şikayətimizdə yazıb bildirirk ki. Sabunçu rayon icra hakimiyyətinin başçsı Adil Vəliyev vəzifəsinin öhdəsindən gələ bilmir.Qəsəbədə heç bir abadlıq işləri aparılmır.Bizim yaşadığımız Səməd Mənsur küçəsinin yolu çox bərbad gündədir ki, burada nəinki avtomobillər həttda piyadalar belə çətinliklə hərəkət edir.Küçənin yolu tamamilə dağılıb deyə yağış suları, palçıq əlindən sakinlər hərəkət edə bilmir. Azyaşlı uşaqlar məktəbə gedəndə çətinlik çəkirlər.Yağış yağanda su küçəni basır deyə tamamilə hərəkət dayanır. Belə olanda uşaqlar məktəbə gedə bilmir.Sakinlər öz vəsaitləri hesabına yola daş-kəsək tokdürüb yagış sularının qarşısını almaga çalışıblar.Lakin buda çıxış yolu deyil.

Onuda qeyd edirlərki baxmayaraq ki Balaxanı qəsəbəsində Asvalt və bitum zavodları fəaliyyət göstərir.Lakin Balaxanı sakinləri Həmin zavodların insanlara fayda verməyindənsə havaya buraxdıglari zəhərli tullantılardan bogulurlar. Havaya buraxılan bu zəhərli tüstülər hər gün insanların saglamligina mənfi təsirini göstərir.

Ümimiyyətlə Balaxanı qəsəbəsi mərkəzə yaxın qəsəbələrdən olsada bu qəsəbənin aqibətilə nə RİH, nə qəsəbənin deputatı, nədəki qəsəbə nümayəndəliyi maraqlanmır. Məktəbə yaxın ərazidə küçə itləri günü gündən artır.Bu itlər insanlarin, avtomobillərin hərəkətinə maneələr yaradırlar.Dərsə gedib-gələn uşaqlar qorxa-qorxa hərəkət edirlər ki ,itlərin hücumuna məruz qalmasınlar.Artıq vətəndaşlar ozlərini qorumaq üçün əllərində daş-kəsəklə uşaqları dərsə aparıb gətirirlər.

Mərkəz və ara yolların çox hissəsi demək olarki gecələri işıga həsrət qalıb.Çünki bu küçələrdə bir dənədə olsun işıq dirəyi quraşdırilmayıb.Bu vəziyyət gecələr insanların işdən gəlməsini çətinləşdirir.

İnsanlar dərdlərini qəsəbə nümayəndəsinə deməyi arzulasalarda, bu yalnız onların arzusu olaraq qalır.Çunki , varlıgını hiss etdirməyən qəsəbə nümayəndəsinin işi yalnız hər ona müraciət edən vətəndaşın arayışından 5 manat yıgmaqla keçir.

Buna görədə biz mətbuat vasitəsi ilə əlaqədar orqanlara müraciət edib Balaxanı qəsəbəsinin taleyilə maraqlanmalarini xaiş edirik…

Biz də redaksiya olaraq mövzunu diqqətimizdə saxlayacagıq….

Sakinlər tərəfindən çəkilən fotoları sizı təqdim edirik.


0 0



Şərhlər (Facebook)