Azərbaycan İnformasiya Agentliyi (AİA)


Fazil Məmmədovu Əhmməd Əhmədzadə və Mikayıl Cabbarovla bağlayan kadrın sirrləri - ŞOK İDDİALAR


Qlobal.az-a daxil olan məlumata görə, sahibkarlara qanunsuz haqq qoyan İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılov vəzifəsində qalmaq üçün özünə yeni havadar tapıb.

Məlumatlarda iddia olunur ki, Vergilər nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılovun belə bir yüksək vəzifəyə gətirilməsində həmkəndlisi və qohumu, sabiq nazir Fazil Məmmədovun müşaviri və ən yaxın adamlarından biri olan Mahir Rəfiyev böyük rolu olub. Məlumata görə Mahir Rafiyev Vüsal İsmayılovun bu vəzifəyə təyinatı üçün ondan vaxtı ilə 200 min manat "şirinlik” alıb. Həmin pulu Mahir Rəfiyevə isə Vüsal İsmayılovun atası Azər İsmayılovun verdiyi deyilir.

Qlobal.az-n araşdırması zamanı o da məlum oldu ki, Vüsal İsmayılovun atası Azər İsmayılov uzun illərdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzidində fəaliyyət göstərən Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsində işləyir. Azər İsmayılovun Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumda ciddi maliyyə maxinasiyaları həyata keçirən şəxslərdən biri kimi tanınır.

İlginc məqam isə Mikayıl Cabbarovun Vergilər Naziri təyin edilməsindən sonra Vüsal İsmayılovun nazirliyin ən önəmli qurumlarından biri olan İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin rəisi vəifəsində qalmasıdır.

Məsələ ilə bağlı saytımızın əldə etdiyi məlumatda iddia olunur ki, Vüsal İsmayılovun nazirliyin ən önəmli qurumundakı vəzifəsində qalmasının əsl səbəbi yeni nazir Mikayıl Cabbarovun xalası oğlu və müşaviri Elnur Əliyevdir. Məhz Elnur Əliyevin dəstəyi nəticəsində barəsində yüzlərlə şikayətlər olunan, müxtəlif maxinasiyalarda adı hallanan Vüsal İsmayılov vəzifəsində qala bilib.

Qeyd edək ki, Elnur Əliyev vaxtilə Təhsil nazirliyində Mikayıl Cabbarovun "qara kassa”larından sayılırdı.

Məhz Vüsal İsmayılovun Elnur Əliyevlə münasibət yaradaraq vəzifəsində qaldığı iddia olunur.

Qarşı tərəf də mövqe sərgiləyə bilər. İstinad olunan mənbə bu linkdir:My Webpage

Qlobal.az
Azerbaycaninfo.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!


0 0



Şərhlər (Facebook)