Azərbaycan İnformasiya Agentliyi (AİA)


Yevlax sakinləri:"Əkinimi məhv edirlər" - GİLEY


Yevlax rayonu Qaraməmməd kəndində yaşayan əslən Kəlbəcərdən olan Yasin Bayramov adlı vətəndaş Gununsesi.info-ya şikayət məktubu yollayıb. Saytımıza yazdığı məktubunun eyni məzmunlusunu ölkə başçısı İlham Əliyevə də ünvanladığını vurğulayan Yasin Bayramov bildirir ki, çoxsaylı ailə üzvlərinin yeganə gəlir mənbəyi əkin-biçindir: “Mən bələdiyyə ilə müqavilə əsasında 1 hektar 70 sot torpaq becərirəm. Kəndimizin özünə güvənən iki şəxsi -Novruz və Şamil adlı adamlar özlərinin, qohum-əqrabalarının mal-heyvanını mənim sahəmə salırlar. Hər gün mübahisə davam edir. Bizi qarşıdurmaya vadar edən bu adamlarla heş kəs bacarmır”.

Yevlax rayon polis Şöbəsinin rəisinin qəbulunda olduğunu deyən kənd sakini bildirir ki, rəisin tapşırığına baxmayaraq, onun əkininin məhv edilməsi davam edir: “Rəis məni qəbul etdi və dinlədi. Tapşırdı sahə müvəkkilinə ki, vətəndaşın min-bir əziyyətlə əkdiyi sahəni otarmasınlar. Ancaq sahə müvəkkilini sayan yoxdur. Mən Cənab Prezidentdən xahiş edirəm ki, kənd təsərüfatına göstərilən qayğını bəzi adamlara da tapşırsın”.


0 0



Şərhlər (Facebook)