Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Azərbaycan polisi xalqımızın əmin-amanlığının və təhlükəsizliyinin qarantıdır”-DYP-dən növbəti fədakarlıq


“Azərbaycan polisi xalqımızın əmin-amanlığının və təhlükəsizliyinin qarantıdır”-DYP-dən növbəti fədakarlıq

Ötən gün gecə saat 1.30 radələrində 99 YP 681 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan yol polisləri Qulu Ağayev və Rəşid Hüseynovun sayıqlığı nəticəsində Bakı-Sumqayıt yolu istiqamətində Avtovağzalın qarşısında yol qəzasının qarşısı alınıb. Bu barədə sürücü Məhərrəm Mehdiyev özü məlumat verib. O, bildirib ki, gecə saat 1.30 radələrində Bakı-Sumqayıt yolu istiqamətində Avtovağzalın qarşısında idarə etdiyim “Mersedes” markalı, 99 KF 298 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sükan arxasında özünü pis hiss edib, yuxulayıb. Bu zaman onu 99 YP 681 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan yol polisləri saxlayıb: “Mən dostumla birlikdə üzü Sumqayıta tərəf hərəkət edirdim. Özüm də hiss etmədən sükan arxasında sanki özümü itirdim, mürgüləməyə başlamışam. Elə bu vaxt, yol polisləri arxadan görüblər ki, maşın yolda sağa-sola hərəkət edir. Saxlatdılar. Özüm də etiraf edim ki, sükan arxasında bir anlıq özümü yaxşı hiss etmədim, sanki yuxulayırdım. Yanımda mənimlə birlikdə hərəkət edən dostum, yəni digər sərnişin də bu vəziyyəti görüb. Yol polisləri ilkin yardım olaraq mənə sərin su verdilər. Hətta digər tədbirlərə də əl atdılar. Xoşbəxtlikdən səhətimdəki problem yol polislərinin yardımı nəticəsində aradan qaldırıldı. Gətirdikləri sərin su ilə əl-üzümü yuduqdan sonra səhətim tam düzəldi.
Bir qəza olsaydı, Allah bilir nələr olardı. Mən, yol polisləri ilə çox münasibətdə olmamış, qayda pozmuram, onlar da saxlamırlar. Onların həqiqətən insanların qeydinə qalıdıqlarının şahidi olduq. Mənə qarşı çox yaxşı davrandılar, həyatımızı xilas etdilər. Bir qədər dincələndən sonra Yol polisləri məni Xırdalandakı evimə qədər müşayiət edib xudafizləşdilər”.

Məhərrəm Mehdiyev qəzanın qarşısını aldıqları üçün həmin DYP əməkdaşlarına təşəkkür edir. “Mən inanıram ki, polislərimiz gecə və gündüz bizim təhlükəsizliyimi təmin edirlər. Azərbaycan polisi xalqımızın əmin-amanlığının və təhlükəsizliyinin qarantıdır”
Azerbaycaninfo.az



0 0



Şərhlər (Facebook)