Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakıda körpələr evindən ərzaqlar daşınır - Qalmaqallı VİDEO


Müğənni Rəqsanənin qızı Aysun İnstagram-da qalmaqallı video paylaşıb.Video Bakıda yerləşən 1 saylı körpələr evində çəkilib. Kadrlardan göründüyü kimi körpələr evinə gələn ərzaq məhsulları maşına doldurularaq harasa aparılır.
Aysun şəxsi hesabında paylaşıdığı videoya bunları yazıb: "Bu mənzərə ilə artıq bir neçə dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıqlar- geyimlər, yeməklər, şirniyyatlar, qoyun ətləri, bir sözlə hər şey gəlir. Kimə gəlir? Oradakı körpələrə! Amma o uşaqlar bunların 10 faizini görür. Niyə?! Çünki 1 gün sonra o bazarlıqlar maşınlara doldurulur və harasa gedir. Sadəcə mənə bir vətəndaş olaraq çox maraqlıdır… O bazarlıqları siz hara aparırsız? Düşünürəm ki, cavabı hər kəs bilir. Amma yenə də biz soruşaq görək hara gedir? Bəlkə də açıqlaması var”.
BAKU.WS məsələ ilə bağlı 1 saylı körpələr evinə zəng edib. Özünü katibə kimi təqdim edən xanım işçi videodan məlumatsız olduğunu və məsələni araşdıracaqlarını bildirib.





0 0



Şərhlər (Facebook)