Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanın gizli neft baronu: VAQİF ƏLİYEVİ KİMLƏR QORUYUR?


Neft sektorunun Azərbaycan dövləti və iqtisadiyyatı üçün əhəmiyyəti sözlə ölçülməyəcək qədər böyükdür. İstər xaricdə dövlətimizin yürütdüyü iqtisadi və siyasi xəttin dayanıqlığı, istərsə də daxildəki iqtisadi sabitliyin davamlılğı üçün neft sektoru iqtisadiyyatımızın şah damarıdır.

Bu həm sahənin lokomotivi olan SOCAR-ın nə qədər vacib və strateji struktur olduğunu, həm də bu strukturda rəhbər vəzifələrdə çalışanların necə böyük bir məsuiyyət yükü altında olduğunu göstərir.

Amma doğrudanmı bu şirkətdə yüksək vəzifə tutanların hamısı daşıdığı məsuliyyətin şərəfini, əhəmiyyətini, dövlətin ona həvalə etdiyi iqtisadi siyasətin vacibliyini anlayır? Təəssüf ki, yox.

GunAz.org xəbər verir ki, haqqında istər mediada, istərsə də bəzi kluarlarda xoşagəlməz məlumatlar dolaşan belə şəxslərdən biri də SOCAR-ın Sərmayələr İdarəsinin rəsi Vaqif Əliyevdir. Həmin Vaqif Əliyev ki, o həm də qardaş ölkəyə milyard dollarlarla yatırım etmiş SOCAR Türkiyənin İdarə Heyətinin sədri, Azərbaycan neftinin xaricdə satış hüququna sahib SOCAR Trading şirkətinin təsiçilərindən biridir.

Həmin Vaqif Əliyev ki, adı Azərbaycanda neft hasilatı sahəsində çalışan bir çox özəl şirkətlərin gizli sahibi hallanır.

Həmin Vaqif Əliyev ki, mediada dəfələrlə özünün və yaxın ətrafının adı FETÖ dəstəsi ilə yanaşı hallandırılıb və təəssüf ki, heç bir şəkildə təkzib də edilməyib. Mövzuya da elə bu “açar” nöqtədən davam edəcəyik.

FETÖ İTTİHAMLARI

Türkiyədə Fətullah Gülənin məlum çevriliş cəhdindən sonra “gülənçi”lərin Azərbaycan uzantıları da araşdırılmağa başlandı. Araşdırmaların nəticəsi göstərdi ki, onlar təkcə Türkiyədə deyil, Azərbaycanda da istər hakimiyyətin, istərsə də biznes və təhsil sektorunun ən yüksək pillələrinə qədər sıza biliblər. Onların böyük əksəriyyəti ifşa olunaraq cəzalandırıldı. Amma bu qüvvələr yüksək səviyyədə təşkilatlana və maskalana bildikləri üçün, araşdırmalardan kənarda qalmağı bacaranlar da mütləq vardır.

Elə o ərədəflərdə Türkiyənin “Sabah” qəzeti şok effekti verən bir araşdırma çap etdi. Məlumatda bildirilirdi ki, “paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib. Bu məqsədlə “paralel dövlət” SOCAR-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. İddia olunurdu ki, gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.

Qəzetdə SOCAR-ın Türkiyə qanadına yerləşdirilən türklərlə yanaşı, bir azərbaycanlının da adı “kilit” kimi keçirdi. Bu şəxs “Petkim” şirkətinin direktorlar şurasının rəhbəri olan Vaqif Əliyev idi. Onun Gülən təriqətinin enerji sektorundakı əsas adamlardan biri olduğu, SOCAR-a gülənçiləri yerləşdirməkdə, təriqətə maliyyə axınını təşkil etməkdə əsas fiqur olduğu bildirilirdi.

Türkiyə tərəfinin bu araşdırmaları ilə bağlı soruşulduqda Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Modern.az-a açıqlamasında məlumatdan xəbərdar olduğunu bildirmişdi.

O, cavabında bununla bağlı müvafiq qurumlara məlumat verildiyini, araşdırmalar aparıldığını və nəticələr bəlli olandan sonra danışa biləcəyini söyləmişdi.

Lakin az sonra araşdırmaların nəticələri əvəzinə Vaqif Əliyevin yeni vəzifəsi açıqlandı. O “SOCAR Türkiyə”nin idar heyətinin sədri vəzifəsinə gətirildi.

VAQİF ƏLİYEVİ KİMLƏR QORUYUR?

Vaqif Əliyev haqqında mətbuatda yazılanlar və hələ ki, qarşı tərəfdən təkzib olunmayan məlumatlar təkcə bununla bitmir. Onun adı bir çox yerli və xaricdə yaradılmış neft şirkətləri ilə də qoşa hallanır.

Bu şirkətlərdə çalışan əksər şəxslərin Vaqif Əliyevin təyin etdiyi yaxınları və qohumları olduğu da bildirilir.

Vaqif Əliyevin bu şirkətlər vasitəsi ilə, habelə xaricdəki ofislərə təyin etdikləri yaxın adamlarının köməyi ilə hələ keçmiş MTN vaxtından İsveçrə banklarına külli miqdarda pul yatırdığı və çirkli pulların yuyulması üçün “qusursuz” bir mexanizm yaratdığı da mətbuatda yazılanlar arasındadır.

Yazıda qeyd etdiklərimiz Vaqif Əliyev və ətrafı haqqında yazılanların yalnız kiçik bir hissəsidir. Lakin bu mövzuların hətta biri bəs edir ki, Azərbaycan nefti üzərindən özünə məxfi şəbəkə qurmaqda və gizli baronluqda ittiham ediən bu şəxs haqqında ciddi araşdırmalar başlansın.

Amma görünür ya kimsə bu araşdırmaların başlanmasına, ya da araşdırmaların lazımi yerlərə çatmasına mane olur. Yuxarıda da qeyt etdiyimiz kimi, söhbət Azərbaycan siyasətinin və iqtisadiyyatının ölkədə və xaricdə əsas təməl dayaqlarına təhlükədən gedirsə, fərdi maraqların dövlət maraqlarından üstün tutulmasından gedirsə, bu araşdırmalar mütləq aparılmalı və nəticəsini tapmalıdır. İstinad olunan mənbə bu linkdir:My Webpage

GunAz.org


0 0



Şərhlər (Facebook)