Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ramiz Mehdiyevə çatan nurçu dosye ATU rektorunu təşvişə salıb - Sensasiya!!!


Azərbaycan Texnologiya Universiteti haqda Prezident Administrasiyasına gedən məktub araşdırıla bilər.

Rubrika.az FİA.Az-a istinaden xəbər verir ki, PA rəhbəri Ramiz Mehdiyevə göndərilən məlumatlar təftiş zərurəti yaradıb.

Xəbərlərə görə, ATU-dakı qanunsuzluqlar rektor Akif Süleymanovun başına iş aça bilər.

ATU əməkdaşı Azər Allahverdiyev Ramiz Mehdiyevə müraciətində yazıb ki, bu ali məktəb 2013-cü ildən durğunluq dövrünü yaşayır.

Akif Süleymanov bu təhsil ocağına rektor təyin olunandan problemlər bir-birini əvəz edir. Tələbələrin tədris prosesinə marağı aşağı düşüb, universitet əvvəlki nüfuzunu itirir.

A.Allahverdiyev yazır ki, A. Süleymanov rektor təyin olunandan sonra universitetdə təhsilin keyfiyyəti daha aşağı düşüb:

Cənab R.Mehdiyev!

Akif Süleymanov rektor təyin olunandan sonra universitetdə öz komandasını formalaşdırmağa başladı və buna nail oldu.

Elmi dərəcəsi olmayanlar universitetdə prorektor, dekan, şöbə müdiri vəzifələrinə təyin olundular.

Akif Süleymanovun elmlər doktorlarını, professorları, dosent və baş müəllimləri universitetdən didərgin salmaqda məqsədi özünə yaxın şəxsləri bura toplamaq və təhsil ocağını istədiyi qaydada idarə etmək idi. O, bu istəyinə nail olub”.

FİA.Az xəbər verir ki, R.Mehdiyevə gedən dosye A.Süleymanovu təşvişə salıb. ATU rektorunun vəzifəsindən azad olunacağı belə istisna edilmir.

Onun komandasının nurçulardan təşəkkül tapması haqda iddialar PA-da ciddi səs-küy doğurub. Ehtimal edilir ki, rektorla bağlı prezidentə məruzə olunacaq.

A.Süleymanovun təhsil ocağını istədiyi kim idarə etməsi, “Hizmət” hərəkatına meyilli pedaqoqlardan heytə formalaşdırması PA tərəfindən araşdırıla bilər.

Çünki hakimiyyət Gülən şəbəkəsinə bağlı məmurları işdən azad edib, onların iqtisadi, təhsil, media rıçaqlarını sıradan çıxarıb.

Ona görə də ATU rektoru riskli addım ataraq nurçuları ətrafına toplayıb. Hər halda qarşıda ciddi hadisələr gözlənilir.

Universitet əməkdaşı qeyd edir ki, rektora yaxın şəxslərin sırasında prorektorlar - Vüqar İsmayılov, Səbuhi Yusifov, dekan Azər Hüseyn, kadrlar şöbəsinin sabiq müdiri Nofəl Salmanov, tədris şöbəsinin müdiri Piri Axundov, Sadiq Əfəndi, Zaur Əliyev, Asiman İlyasov, Tacəddin Bayramov, Fədai Əfəndiyev, Rauf Əmənov, mətbuat xidmətinin müdiri Rasim Əliyev və digərləri var: “Bu şəxslərin əksəriyyəti Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən fəaliyyəti dayandırılan "Qafqaz” Universitetinin , “Zaman” qəzetinin əməkdaşlarıdır. Bu qədər təsadüf ola bilməz ki, qardaş Türkiyə xalqına ağır zərbə vuran Fətoçu Gülənlə bağlı olan "Qafqaz” Universitetində, "Zaman” qəzetində və türk liseylərində formalaşmış bu insanlar bir araya gəlsinlər. Rektorun komandasında yuxarıda adlarını qeyd etdiyim şəxslərdən başqa müəllim və texniki işçilər də çoxluq təşkil edir”.Müraciətdə qeyd olunur ki, mütəmadi olaraq A. Süleymanovun iş otağına yığılan bu şəxslər rektorun yaxınlığına heç bir əməkdaşı buraxmırlar: “Hətta, şikayətə gedən əməkdaşlara da rektorun əvəzinə özləri cavab verib, şikayətlərinə kölgə salırlar.
Rektor Akif Süleymanovun tətbiq etdiyi "qaydalar” müəllimləri, tələbələri problemlə üzləşdirir”.
Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfi dinləməyə hazırıq.


Rubrika.az


0 0



Şərhlər (Facebook)