Azərbaycan İnformasiya Agentliyi (AİA)


FHN-nin müfəttişi qanunsuz tikinti aparanla necə anlaşdı


Başçının yoxluğundan istifadə edən Qüdsi Bayramov Binəqədidəki qanunsuz tikintiyə necə icazə verdi

Redaksiyaya Binəqədi rayon 8-ci mkr, Cəfər Xəndan 42 ünvanında yaşayan Rübabə Əkbərova tərəfindən müraciət daxil olub. Öz şəxsi obyektində xırda bizneslə məşğul olan şikayətçi Rübabə Əkbərova yazır: “Mən ailəmə məxsus olan obyektimizdə xırda biznes ilə məşğul oluram.

Obeyktimiz Binəqədi rayon 8-ci mikrorayon, Cəfər Xəndan 42 ünvanında olan binanın birinci mərtəbəsində yerləşir. Eyni binada yaşayan Yaqub adlı bir sakinin binanın zirzəmisində 7kv/m qaraj sahəsi var.

2012-ci ildə bu vətəndaş binanın altında yerləşən qonşu obyektin piləkənin yanında öz qarajına qapı açdırmağa cəhd edib (obyekt kimi istifadə etmək məqsədilə), lakin həmin addımın qarşısı İcra Hakimiyyətinin nümayəndələri tərəfindən alınıb və qazılmış qapı yeri bağlanıb. Lakin Yaqub adlı sakin 2018-ci il 27 May tarixində gecə saatlarında binanın birinci mərtəbəsində yerləşən iki obyektin (biri bizim obyektimiz) pilləkənlərinin arasından yol açmaq üçün qazıntı işləri aparmış və ora qapı qoydurmuşdur. Soruşulanda İcra Hakimiyyətindən icazə almışam deyir,(qeyri-rəsmi) lakin heç bir icazə sənədi göstərmir. Bununla əlaqədar Binəqədi rayonun İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovun qəbulunda olduq. Məsələni olduğu kimi danışdıq. Binəqədi rayonun İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovun məhkəməyə müraciət etməyimizi məsləhət gördü. Soruşduq ki, icazəni verən siz, bəs onda kimi məhkəməyə verək? “
Şikayətçi Rübabə Əkbərova bildirir ki, icra hakimiyyətinin nümayəndələri heç bir sənəd göstərmir və heç bir tədbir görmək fikrində deyillər. Ərazidə yerləşən iki pilləkənin ümumi çəkisi 10 tona yaxındır. Bu qazıntı işinə görə, hər iki pilləkənin çökmə təhlükəsi var. Görəsən Qüdsi Bayramov binanın qəzalı vəziyyətə düşməsinə hansı maraqlar daxilində icazə verib, binanın özülündə və dayaq divarlarında baş verə bilən hər hansı bir dəyişikliyə cavabdehliyi görəsən kim daşıyır?
Rübabə Əkbərovanın həyat yoldaşı Ramiz Əkbərov bildirir ki, ilk olaraq FHN-nə şikayət edəndə tikintiyə nəzarətdən Arif adlı bir müfəttiş göndərmişdilər. Müfəttiş gəldi və tikinti aparan Yaqubdan sənəd istədi. Cənab müfəttiş qanunsuz tikinti aparan Yaquba sənəd gətirməsi üçün üç gün vaxt verir. Gülməlidir, cənab müfəttiş hansı sənədi tələb edir. Kim belə bir sənədi üç gün ərzində verə bilər. Təbii ki, cənab müfəttiş guya təftiş edirmiş kimi görüntü yaratmağa çalışdı. Elə bununla da özünü gülünc vəziyyətə saldı.”
Verilən vaxt bitdikdən sonra Rübabə Əkbərovanın həyat yoldaşı Ramiz Əkbərov tikinti aparılan yerə yaxınlaşır və görür ki, Müfəttişin dırnaqarası tapşırıqları elə gözdən pərdə asmaq kimi yerinə yetirilib.
Şikayətçi bildirir ki, “Müfəttişin bu əməlləri bizdə şübhə yaratdığı üçün Yqubun düzəliş apardığı yerlərin şəkilini çəkməklə yanaşı, həm də lentə aldıq. Və yenidən FHN-nin qaynar xəttinə zəng vurdum.”
Nazirlik müfəttiş Arifi dərhal hadisə yerinə göndərir. Şikayətçi bildirir ki, “Arif əvvəlcə Yaqubla görüşür, sonra isə məni dəvət edir. Bu hərəkətlər binada quraşdırılan kamerada da lentə alınıb. Arif Yaqubu yaxşıca təlimatlandırır sonra isə məni çağırır. Mənimlə görüşəndə Yaqubu tanımadığını və tel nömrəsinin bilmədiyini bildirir. Amma kamerdakı görüntüdən bəlli olur ki, Arif Yaqubla görüşür, ayrılır, sonra isə məni dəvət edir. Yekunda isə onu və məni birlikdə hadisə yerinə çağırır. Əvvəlcədən razılaşdıqları kimi mənim yanımda onu ciddi formada tənbeh edib və dərhal bu işləri dayandırmağı tələb etdi. Mən anladım ki, Arifin bu hərəkətləri görüntü yaratmaqdan başqa bir şey deyil. “mən hər kəsdən razılıq almışam” Yaqubun deməsi təsdiq edir ki, ortada gizli anlaşma var.
Məni bir şey düşündürür, Bakı şəhərində daşı daş üstə icazəsiz qoymaq müşkkül məsələdir. Yaqub bunu necə bacarır. Elə bu da məndə şübhə yaranmasına əsas verir. FHN-n müfəttişinin işə laqeyd yanaşması, Binəqədi rayonun İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovun biganəliyi bir daha şübhələrimin əsaslı olduğunu təsdiqlədi”.
Rübabə Əkbərova yeni təyin olunan başçıya müraciət edərək qanunsuz tikintinin dayandırılmasını xahiş edir və Qüdsi Bayramovun bu hərəkətlərindən narazı olduqlarını ifadı edirlər.
Föqaladə Hallar naziri cənab Kəmaləddin Heydərova da müraciət edən şikayətçi müfəttiş Arifin qanunsuz əməllərinin dərhal durdurulmasdını xahiş edir.
Azerbaycaninfo.az




0 0



Şərhlər (Facebook)