Azərbaycan İnformasiya Agentliyi (AİA)


GDU-da rektorun “qara kassa“sı kimdi? - Foto



Ali və orta ixtisas məktəblərində yay imtahan sessiyasının qızğın dövrüdür


Bir çox təhsil müəssisələrində isə əvvəlki illərdə olduğu kimi yenə də "ənənəvi üsul"a - pul yığımına üstünlük verilir. Çünki bəzi tələbələr oxumağı, digərləri isə oxumamaq üçün “lazımi yolları axtarıb tapmağı” tərcih edirlər. Məsələ budur ki, yaranmış vəziyyətdən daha məmnun qalan tələbələrə dərs keçməkdən yox, onlardan pul yığmaqdan yorulmayan universitet müəllimləridir.

Bu barədə AzFakt.com-a verilən məlumatda qeyd olunur.

Məlumata görə yay sessiyasında rüşvətin tüğyan etdiyi təhsil ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Daha doğrusu GDU-nun İqtisadiyyat-İdarəetmə Fakültəsi. Məlumatda qeyd olunur ki, fakültə dekanı Şahin Xurşudovun "xeyir-dua"sı ilə start götürən rüşvət mövsümü hazırda sürətli inkişaf mərhələsindədir.

Məlumatda bildirilir ki, yeddi ixtisas üzrə bakalavr, üç ixtisas üzrə isə magistr səviyyəsində təhsil verən fakültədə ümumilikdə 700-ə yaxın tələbə oxuyur. Bu tələbələrin bəziləri ümumiyyətlə universitet üzü görmürlər.

Məlumatda deyilir: "Ceyhun Bayramov Təhsil naziri vəzifəsinə təyin olunandan sonra universitet rəhbərinin nazirlə sıcaq münasibəti olduğundan GDU-da açıq-aşkar rüşvət baş alıb gedir. Universitetdə rektor Yusif Yusibovun "qara kassa"sı İqtisadiyyat-İdarəetmə Fakültəsinin dekanı Şahin Xurşudovdur. Əvvəllər rüşvət bir az gizli formada alınırdısa indi heç kimdən çəkinib eləmədən tələbələrdən pul yığırlar. Kəsir kəsir belindədir. Hətta fakültədə vəziyyət o həddədir ki, müəllimlər tələbələrdən rüşvət alarkən gülə-gülə iqtisadiyyat fakültəsinin tələbələrisiniz, indidən pul alıb-pul verməyi öyrənin deyirlər".
GDU-da rektorun “qara kassa“sı kimdi? - Foto


Daha sonra məlumatda vurğulanır ki, rektor Yusif Yusibovun Şahin Xurşudova qarşı münasibəti əvvəllər yaxşı olmasa da sonradan universitetdə "kölgə iqtisadiyyatı"nın Şahin Xurşudovsuz mümkün olmadığını anlayıb. Və məhz bu səbəbə görə də onu dekan vəzifəsinə təyin etməklə yanaşı, həm də "qara kassa"ya nəzarəti də ona həvalə edib. Şahin Xurşudovun isə bu "məsuliyyətli" tapşırığın öhdəsindən məharətlə gəldiyi deyilir. Hətta Şahin Xurşudov pul məsələsində o qədər həssasdır ki, əldə olunan hər bir manatın dəqiq hesabatını rektora vaxtlı-vaxtında çatdırır.

Saytımıza verilən məlumatda sonda qeyd olunur ki, "Şahin Xurşudovun rektora qarşı bu cür sədaqətli və düzgün olması qarşılıqsız qalmır. Belə ki, GDU-nun "qara kassa"sına toplanan vəsaitlərin böyük hissəsindən Şahin Xurşudovun da özəl payı olur. Əgər belə olmasaydı Şahin Xurşudov dəyəri 4000 manatlıq qızıl saat taxmaz, yüz min manat dəyərində "Land Cruiser" sürməzdi. Bu hələ aysberqin görünən tərəfidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var. Əlbəttə ki, bunlar hamısı tələbələrdən yığılan rüşvətlərin hesabına əldə olunub"-deyə, qeyd olunur.

Xatırladaq ki, Şahin Xurşudov Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktorudur. 2007-ci ildən Gəncə Dövlət Universitetində işləyir. İstinad:My Webpage

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


0 0



Şərhlər (Facebook)