Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qadınlar niyə kişilərdən çox ağlayır?


Qadınlar niyə kişilərdən çox ağlayır?
"Azerbaycaninfo.com" xəbər verir. Almaniya alimləri ilginc tədqiqat aparıblar. Tədqiqatçılar daha çox kişilərin yoxsa qadınların ağladıqlarını müəyyən etməyə çalışıblar. Araşdırmanın nəticələrinə görə, qadınlar ildə orta hesabla 64, kişilər isə 17 dəfə ağlayır. Almaniyanın Münhen şəhərinin “Ludviq-Maksimilian” universitetinin göz klinikasında çalışan Elizabet Messmer bildirib ki, qız və oğlan uşaqları 13 yaşına qədər eyni həcmdə ağlayır, daha sonrakı yaşlarda isə kişilər ildə orta hesabla 6-17, qadınlar isə 30-64 dəfə göz yaşı tökürlər. Açıqlamada qadınların ağlamasının 6 dəqiqə çəkdiyi, kişilərin isə ən azı 4 dəqiqə gözyaşı axıtdıqları bildirilib. Bundan başqa, qadınların ağlamasının uzun, dramatik və ürək yaxan olduğu üzə çıxıb. Belə ki, zərif cinsin nümayəndələri mürəkkəb problemlər qarşısında ya da keçmişi xatırladıqları zaman ağladıqları, kişilərin isə daha çox duyğulu və münasibətlər qurarkən bacarıqsızlığa uğradıqları zaman sel kimi göz yaşı axıtdıqları üzə çıxıb. Alimlər onu da üzə çıxarıb ki, insanların ağlaması onlarda daxili sakitlik yaradır, ağladıqdan sonra özlərini yaxşı hiss edirlər, göz yaşları ilə birlikdə bədənlərində olan zəhərli maddələr xaricə axır.


0 0



Şərhlər (Facebook)