Azərbaycan İnformasiya Agentliyi (AİA)


Xanım deputat iki icra başçısını necə dalaşdırdı


Xanım deputat iki icra başçısını necə dalaşdırdı

Azərbaycaninfo.az Savash.org-a istinadən xəbər verir ki, Vətəninfo.az-ın elektron ünvanına Şəmkir rayonunun millət vəkili Sona Əliyeva ilə bağlı ilginc iddialar dolu məlumat daxil olub.

Məlumatda qeyd edilir ki, Sona Əliyeva hələ deputat olmamışdan əvvəl Binəqədi rayonunda reallaşan “Ölkəmizi tanıyaq” lahiyəsində Binəqədi rayon icra basçısı Xaləddin İsgədərovla olan görüsdəki bütün söhbətləri şişirdilmiş şəkildə Səmkir rayon icra başçısı Alimpaşa Məmmədova çatdırıb.

Məlumatda iddia edilir ki, güya həmin görüşdə Xaləddin İsgəndərov Alimpaşa Məmmədov haqqında nalayiq sözlər işlədib və Binəqədi-Şəmkir başçıları arasdında dava bundan sonra başlayib. Məlumata görə, bunun müqabilində Alimpaşa Məmmədov Şəmkir rayon icra basçısı bu xanımı deputatlığa hazırlayib. İndi isə iddalara görə, milli məclisə edilən bütün söhbətləri Alimpaşa Məmmədova çatdırır.Elektron ünvanımıza daxil olan məlumatdadaha sonra iddia edilir ki, Sona Əliyevanın Alimpaşa Məmmədovla telefon söhbətləri ortaya çıxarsa. Daha maraqlı məlumatlat ölkə gündəmində ŞOK yaradar.Məlumatda vurğulanır ki, Alimpaşa Məmmədovun səyləri ilə millət vəkili seçilən Sona Əliyeva rayonda 5 aydır aylıq əmək haqqı ala bilməyən xadimələrin belə hüquqlarını müdafiə etmək gücündə deyil. Baxmayaraq ki, davamlı olaraq millət vəkili icra başçısı ilə kabinetində görüşür.Bir kəlmə belə əmək haqlarını ala bilməyənlərin problemin İcra başçısına çatdırmır.

Məlumatı redaksiyamıza göndərəm mənbə qeyd edir ki, icra başçısı ilə deputat arasında aparılan telefon danışıqları,email yazışmalarına sahibdirlər və bu məlumatlar yayıldıqda Alimpaşa Məmmədovun karyerası alt-üst olacaq və birdəfəlik içtimai-siyasi həyatdan silinəcək.
” Yüksək vəzifələrdə gözü olan Alimpaşa MəmmədovSona Əliyevanın kimlərə məlumatlar göndərməsindən belə xəbərsizdir.Şəhidlərlə bağlı Mehriban xanım Əliyevanın keçirdiyi ehsan mərasimində söhbətlərə qulaq asaraq icra başçısınavə bizə bəlli olan adamlara məlumat göndərdi. Milli Məclisin deputatı kimi Mehriban xanım Əliyevaya, cənab preziden İlham Əliyevə və Fazil Məmmədova muraciətimizdə olacaq”-qeyd edilən məlumatda o da vurğulanır ki, əlavə məlumatlar saytımıza göndəriləcəkdir.



0 0



Şərhlər (Facebook)