Azərbaycan İnformasiya Agentliyi (AİA)


Fəhlə, müxbir, biznesmen: İcra başçılarının keçmişi


Fəhlə, müxbir, biznesmen: İcra başçılarının keçmişi
Aktual.az bu dəfə icra baçılarının keçmişi ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, bu gün ölkənin aparıcı şəhər və rayonlarına rəhbərlik edən icra başçılarının əksəriyyəti vaxtilə tamamilə siyasətdən və idarəetmədən kənar sahələrdə fəaliyyət göstəriblər.

Beləliklə:

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov

72 yaşlı Bakı meri Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. O, 1965-ci ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsini bitirib. Daha sonra Sankt-Peterburqda A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri olub.
1995-2000-ci illərdə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2000-2001-ci illərdə Azərbaycan Respublikası baş nazirinin müavini vəzifəsində çalışıb. 2001-ci ilin yanvar ayından isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postunu tutur.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Emar Vəliyev

56 yaşlı Elmar Vəliyev Yevlax rayonunda anadan olub. O, Azərbaycan Texnologiya Universitetində mühəndis-texnoloq ixtisası və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. Gəncə Tikiş Fabrikində mühəndis, Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib.
1994-2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001-2004-cü illərdə Azərbaycan Dövlət Gömrük Komitəsində rəis müavini, 2004-2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2011-ci ildən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov

62 yaşlı Zakir Fərəcov Laçın rayonunda anadan olub. O, D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsini bitirib. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktoru işləyib.
1999-cu ildə Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2 sentyabr 2015-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov

58 yaşlı Taleh Qaraşov Kürdəmir rayonunda anadan olub. O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu və Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirib. Əmək fəaliyyətinə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti” trestində mühəndis kimi başlayıb. 982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri işləyib.
1991-1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 14 aprel 2012-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov

63 yaşlı Rafil Hüseynov Bərdə rayonunda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakültəsini bitirib. Əmək fəaliyyətinə Bərdə rayonu "Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor kimi başlayıb. Daha sonra həmin qəzetdə ədəbi işçi, müxbir, şöbə müdiri vəzifələrində çalışıb.
Sonralar Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini, "Qara Torpaq” konsalting MMM-in icraçı direktoru, Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, həmin şöbədə regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, baş məsləhətçi vəzifələrində çalışıb. 14 aprel 2012-ci ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.


0 0



Şərhlər (Facebook)