Azərbaycan İnformasiya Agentliyi (AİA)


Məmur klinikalarında gizli əməliyyat: - orqan alverçiləri kimlərdir?


Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları özəl klinikalarda araşdırmalara başlayır
Bu barədə nazirlikdəki mənbələrdən xəbər daxil olub.
Məlumata görə, özəl klinikalarda orqan transplantasiyası və alveri barədə əməliyyat məlumatları əldə olunub.
Bu məlumatların araşdırılması və müəyyən olunması istiqamətində yoxlamaların başlanması nəzərdə tutulub. Zaman-zaman klinikalarda orqan alveri barədə məlumatlar meydana çıxıb. Bununla bağlı cinayət işi də açılıb. İndi yenidən təftişə start verilib.
Bəzi klinikalarda gizli orqan alverinin həyata keçirildiyi haqda iddialar səslənir. Ona görə də əməliyyat tədbirlərinin başlanmasına zərurət yaranıb.
Hətta lisenziyası olmadan fəaliyyət göstərən özəl klinikaların bir neçəsində həkimlər müxtəlif şəxslərlə danışığa girərək yenicə doğulmuş körpələri onlara satırlar. Təbii ki, müəyyən miqdarda pulun qarşılığında.
Uşağı başqasına satan həkimlər və klinika rəhbərliyi valideynləri körpənin doğuş zamanı dünyasını dəyişdiyinə inandırmağa çalışırlar. Valideyn etiraz edəndə isə klinika rəhbərliyi bir miqdarda pul verib onları ələ alır.
Kimsə orqanını satmaq üçün qanuni yollarla xəstəxanalara müraciət edə bilər və bu, qanunla tənzimlənən prosedur olduğundan problemi də yoxdur. Amma bir çox hallarda dövrəyə orqan mafiyası girir və bu zaman ortaya çıxan mənzərə heç də ürəkaçan olmur.
Yəni orqan mafiyası tərəfindən bu işə məcbur edilənlər də var: morqlardakı, qəbiristanlıqdakı meyitləri çıxarıb, orqanlarını satışa çıxaranlar bu bazarın baş halqalarıdır.
Bir neçə il qabaq Bakıda fəaliyyət göstərən 7 özəl klinikada yoxlama aparılıb. “Nur”, “Nigar” və “ABU-klinika”sının adı hallanıb.
Mətbuatda yuxarıda sadalanan klinikalarla yanaşı bura “Funda” və “Xəzər” klinikalarınln da adı keçib. Bu klinikaların təkcə birində mafiyanın fəaliyyəti boyu 50-yə yaxın orqan nəqli əməliyyatı həyata keçirilib.Azərbaycan da daxil olmaqla, bir neçə ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarılan “Doktor Frankenşteyn” ləqəbli türkiyəli orqan alverçisi Yusuf Sönmez də klnikalarmızda alver edib.Y.Sönmez son illərə qədər Azərbaycanda özəl klinikalarda orqan transplantasiyası əməliyyatları həyata keçirib. Azərbaycan telekanalları onu müntəzəm olaraq reklam edirdilər.2010-cu ildə Y.Sönməzin izinə Badamdar qəsəbəsində yerləşən “Nur” klinikasında düşmək mümkün olmuşdu.
O vaxt jurnalistlər müəyyən etmişdi ki, “Doktor Frankenşteyn” ayın müəyyən günlərində klinikaya gəlir və əməliyyatlar edir. Y.Sönmezin əlaqələri olduqca genişdir və o, dünya üzrə orqan mafiyasının əsas liderlərindən biri hesab olunur. \\regionxeberleri.com\\


0 0



Şərhlər (Facebook)