Azərbaycan İnformasiya Agentliyi (AİA)


İlahiyyatçı: Allah bəzi ateistləri axirətdə...



“Ateistlər onlara dəfələrlə çatdırılmasına, kitablardan dəlillər gətirilməsinə baxmayaraq, dünyadan Allahı tanımadan gedəcəklərsə, öz mövqelərində qalıb dünyadan köçəcəklərsə, “Quran”ın dediyi kimi, cəhənnəmlikdirlər”.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov modern.az-a müsahibəsində belə deyib.

O, bəzi ateistlərin cəhənnəmdən sonra cənnətə düşəcəklərini də istisna etməyib: “Amma ola bilər ki, Allah mənim, sizin görə bilmədiyi hər hansı bir işartını bu və ya digər ateistdə görsün. O da mümkündür ki, Allah bəzi ateistləri axirətdə cəzalandırdıqdan sonra cənnətə salsın. Yəni, elə insan var ki, araşdırır, amma hansısa din xadimi ona nümunə ola bilmir, islamı düzgün başa salmır. Belə insan səmimiyyətlə axtarışda olduğuna görə bu dünyadan imansız ayrılıb getsə də, ola bilsin ki, axirətdə ilahi rəhmətə tuş gəlsin. Allah qəlbləri yaxşı bilir”.


0 0



Şərhlər (Facebook)