Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Heydər və İlham Əliyevlərə qarşı Qorbaçov alçaq hərəkət edib”


Bu günlərdə “Vladimir Solovyovla bazar axşamı” verilişində Mixail Qorbaçovun SSRİ-nin son illərində hakimiyyətindən söhbət açan proqramın aparıcısı Vladimir Solovyov baş katibin Siyasi Büronun üzvlərindən biri – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə qarşı necə alçaq hərəkət etməsinə diqqət yönəldib

Qeyd olunub ki, bu, bir vaxtlar Heydər Əliyev yeni baş katibin seçkilərində Qorbaçovun namizədliyini dəstəkləməsinə rəğmən baş verib.

Azerbaycaninfo.az “Vestnik Kavkaza” nəşrinə istinadən xəbər verir ki, aparıcının sözlərinə görə, Qorbaçov nəinki Heydər Əliyevi təqaüdə göndərib, həm də onun ailəsini izlənməyə məruz qoyub.

“Görün Əliyevlə necə davranıb. Heydər Əliyevi işdən çıxarması bir yana, inad edib ki, o vaxt xarici işlər naziri vəzifəsində işləyən Eduard Şevardnadze əlindən gələni etsin ki, Heydər Əliyevin oğlu İlham Əliyev işləyə bilməsin, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dərs deyə bilməsin və praktiki olaraq, hüquqları əlindən alınsın”, - Solovyov bildirib.

“Bu alçaqlıqdır, belə xırdaçılıq etmək olmaz. Bu, böyük siyasətçiyə yaraşan hərəkət deyil, yaxşı deyil, əsl alçaqlıqdır”, - aparıcı vurğulayıb.


0 0



Şərhlər (Facebook)