Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanda və yaxın ölkələrdə pensiya məbləği


2018-ci il aprelin 1-nə Azərbaycanda pensiyaların orta məbləği 218 manatdır.

Novator.az keçmiş SSRİ məkanının bəzi başqa ölkələrinin də pensiya göstəricilərinə nəzər salıb.

Rusiyada 2018-ci ildən orta pensiya 14 min rubla (420 manat) çatdırılıb.

Qazaxıstanda 2018-ci ilin əvvəlindən orta pensiya məbləği 71 min 333 təngə (371 manat) olub.

Belarusda 2018-cı ilin mayından orta pensiya məbləği 340 Belarus rubludur (306 manat).

Ukraynada 2018-ci ilin əvvəlinə orta pensiya həddi 2480 qrivna (174 manat) olub.

Moldovada 2018-ci il yanvarın 1-nə orta pensiya həddi 1527 ley (153 manat) təşkil edib.

Ermənistanda 2018-ci il üçün orta pensiya 41 min dramdır (144 manat).

Qırğızıstanda orta pensiya məbləği 5 min 517 som (137 manat) müəyyən edilib.

Gürcüstanda orta pensiya məbləği 180 laridir (126 manat).

Türkmənistanda 2017-сi ilin əvvəlindən minimum pensiya məbləği 254 türkmən manatı (123 manat) olub.

Özbəkistanda 2017-ci ilin dekabrından yaşa görə orta pensiya məbləği 336 min 880 soma (70 manat) çatdırılıb.

Tacikistanda orta pensiya məbləği 272 somonidir (52 manat).


0 0



Şərhlər (Facebook)