Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakı Şəhər İcra Hakimiyyətində üç postu bir qadın idarə edir


BŞİH bir aydır ki, başsız qalıb...
Artıq bir aydan çoxdur ki, Bakı Şəhər İcra Hakimiyyəti postu boşdur. Şəhərə kimin rəhbərlik edəcəyi isə hələ ki kimsəyə məlum deyil. Belə ki, prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdi. Sərəncama əsasən, hökumətin tərkibində xeyli dəyişikliklər oldu. Təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş nazirin müavini vəzifəsinə gətirilməsi oldu. Onun əvvəlki vəzifəsi, yəni Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı postu isə hələ də boş qalıb.

Yeni hökumətin formalaşması nəticəsində boş qalan postların demək olar ki, hamısına təyinat oldu. Ancaq nədənsə BŞİH-ə başçı təyinatı gecikir. Hazırda Bakı Şəhər İcra Hakimiyyətində icra başçısının birinci müavini vəzifəsi də boşdur. Öncə qeyd edək ki, ümumilikdə isə BŞİH rəhbərliyində 3 vəzifə var - başçı və iki müavin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib. Həmin vaxtdan bu günə qədər onun da yerinə təyinat olmayıb.

Hazırda BŞİH-də yeganə müavin olan Fidumə Hüseynova başçının səlahiyyətlərini icra edir. O, 2005-ci ildən BŞİH başçısının müavini vəzifəsində çalışır. Fidumə Hüseynova 2003-cü ildən 2005-ci ilədək Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Yəni idarəçilik sahəsində Fidumə Hüseynovanın hələ 2003-cü ildən təcrübəsi var. Fidumə Hüseynovanın BŞİH-ə başçı təyin olunacağı ilə bağlı mətbuatda bir sıra versiyalar irəli sürülsə də bu faktı bir çox ekspertlər real saymırlar.


0 0



Şərhlər (Facebook)