Azərbaycan İnformasiya Agentliyi (AİA)


Pan-Avropa üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısında Azərbaycan alimləriiştirak edib


Hökumətlərarası Elm-Siyasət Platformasının (IPBES) Avropa və Asiya üzrəaparıcı eksperti,Botanika İnstitutunun direktoru,akademik Validə Əlizadə İsveçrənin Bern şəhərində elmi ezamiyyətdə olmuşdur. Səfər İsveçrə Biomüxtəliflik Fondu tərəfindən Bern şəhərində keçirilən Pan-Avropa üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısı çərçivəsində baş tutmuşdur.
Həmçinin, Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimovgənc mütəxəssislərdən ibarət qlobal qiymətləndirmə üzrə ekspert qrupunun üzvü olaraqhəmin tədbirdə iştirak etmişdir.
Bioloji müxtəlifliyin mühafizəsinə istiqamətləndirilmiş yüksək səviyyəli beynəlxalq tədbirin məqsədi cari ilin mart ayında Kolumbiyanın Medellin şəhərində qəbul edilmiş Avropa və Mərkəzi Asiya üzrə İPBES regional hesabatının təqdim edilməsi, onun yerinə yetirilməsi mexanizmləri və Qlobal Qiymətləndirmənin 2-ci oxunuşu üzrə müzakirələrin aparılmasından ibarət olmuşdur.


0 0



Şərhlər (Facebook)