Azərbaycan İnformasiya Agentliyi (AİA)


Əhəd Abıyevin 200 minlik yeni maşını


Əhəd Abıyevin  200 minlik yeni maşını
Azerbaycaninfo.com xəbər verir.Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev yeni və bahalı maşın alıb. Başçının yeni aldığı maşının qiyməti 200 min dollar civarındadır. Mənbənin sözlərinə görə, Əhəd Abıyev maşın həvəskarıdır: “İcra başçısı maşın həvəskarıdır, avtohobbisi var. Yeni aldığı 200 minlik maşını da bir dəfə Daşkəsən Rayon İcra Hakimiyyətinin binası qarşısına gətirib, yerli camaat da görüb”. Qeyd edək ki, mənbə Ə.Abıyevin son aldığı maşının markasının “Mersedes GL- 63” olduğunu iddia edir. “Axar.az”a açıqlama verən Əhəd Abıyev xəbəri birmənalı təkzib elədi: “Mənim dövlətin verdiyi bircə maşınım var, illərdir onu işlədirəm, əlavə bir dənə də maşınım yoxdur. Nə kolleksiya, nə bahalı maşın? Bunu yayanlar fəaliyyətimizi gözü götürməyənlərdir”.


0 0



Şərhlər (Facebook)