Azərbaycan İnformasiya Agentliyi (AİA)


Binəqədidə başçısının xərac yığan dəstəsi: Adlar, maşın nömrələri, oturduqları kafelər...


Binəqədinin icra başçısı Xaləddin İsgəndərov noyabrın 2-dən Biləcəri, Binəqədi, Xocasən və Sulutəpə qəsəbələrində söküntü işlərinə yenidən start verib.
Mia.az xəbər verir ki, bu barədə İstiqlal.az-a daxil olan məlumatda icra başçısının qardaşı oğlu və rayonun tikinti və söküntü işlərindən qeyri-rəsmi məsul olan Valeh İsgəndərovun dəstəsi noyabrın 3-də Biləcəri qəsəbəsində bəzi tikililəri yerlə bir edərək, bir neçə ailəni gözüyaşlı qoyduqları bildirilib.
Məlumata görə, hər gün saat 19.00-da Biləcəri qəsəbəsində Saatlı kafesində (əvvəlki adı "Xan” Çay Evi) toplaşan Valeh İsgəndərov və qoçu dəstəsinin üzvləri – Orxan, Nicat, Hacı (Biləcəri qəsəbə icra nümayəndəsinin sürücüsü olub) və Emin adlı polis serjantı gün boyu həyata keçirdiklərı "ev yıxma” əməliyyatından əldə etdikləri qazancın hesabını aparırlar.
Ağ rəngli "Niva” markalı "90…511”, "90…434”, "90…392” (sonuncu "Şevrolet Niva”) nömrəli avtomobillərlə "Saatlı” kafesinin qarşısını bəzəyən Valeh İsgəndərovun (Ağ rəngli JEEP – 90…222) adamları növbəti sökəcəkləri və tikintisinə icazə verəcəkləri evlərin siyahısını tuturlar.
Məlumatda bildirilir ki, bu vaxta qədər MTN-ə Xaləddin İsgəndərov və onun Binəqədi İcra Hakimiyyətində qeyri-rəsmi yüksək vəzifə tutan qohumları barədə dəfələrlə müraciətlər edilsə də, nəticəsi olmayıb. Bu da səbəbsiz deyil.
Məlumata görə, Xaləddin İsgəndərovun hakimiyyətdəki himayədarlarından biri də Eldar Mahmudov olub. MTN-nin sabiq şefinin Xaləddin İsgəndərovu himayə etməsinin kökündə isə onun icra başçısının qohumu, vergilər naziri Fazil Məmmədovla yaxın münasibətlərindən irəli gəlib.
Bir faktı da qeyd edək ki, Eldar Mahmudovun "sağ əl"i Akif Çovdarovun obyekti - "Zeytunluq” da Binəqədidə yerləşir.


0 0



Şərhlər (Facebook)