Главная > Araşdırma, Cəmiyyət, Bölgə, İdman > Əhəd Abıyev aprel qazisinə bir mənzili də çox gördü: gah sələmçi çıxardı, gah da...

Əhəd Abıyev aprel qazisinə bir mənzili də çox gördü: gah sələmçi çıxardı, gah da...


14 14 2018. Разместил: vetenazerbaycan

Daşkəsən Rayon İcra Hakimiyyəti aprel döyüşlərində qolunu itirmiş qazi Arzu Məmmədovun mənzil problemini həll eləmək üçün addım atmadı

Teref.info yazır ki, fia.az-ın verdiyi xəbərə görə, qazinin rayonun rəhbəri Əhəd Abıyevə müraciətləri, dələduzluğun qurbanı olduğunu deməsinə baxmayaraq, hər hansı irəliləyiş olmadı.

Ə.Abıyev aprel qazisini az qala vətən xainliyində ittiham edirdi. O, müharibə veteranının RİH-də işləyən qohumunu qabağa verərək əleyhinə açıqlamalar yaydırdı.

Bununla da, aprel döyüşlərinin iştirakçısına öz doğma torpağında bir mənzili də çox gördülər.

Hətta aprel qazisi hər hansı sənədləşmə işində xətaya yol vermiş olsaydı belə, icra hakimiyyəti vətən uğrunda qolunu itirmiş bir qaziyə lazımi köməklik göstərməliydi.

Ancaq mətbuatda gedən rəsmi açıqlamalarla Ə.Abıyev gah A.Məmmədovu sələmçi, gah fırıldaqçı, gah işlədiyi bankda maliyyə cinayətlərinə yol verdiyi üçün orduya qaçan cani çıxarmağa səy göstərdi.

Əslində, ordu rəhbərliyini, Müdafiə Nazirliyini ittiham etmiş olan icra başçısı deməyə çalışıb ki, üzərində cinayət işi olan adam orduya könüllü qoşulmaqla canını qurtarıb.

Ordu rəhbərliyi isə hər bir şəxsin arayışına dəqiqliklə baxmadan ona milli ordunun sıralarına qatmaz.

Sadəcə, Daşkəsənin icra başçısı mənzil problemini həll etməmək üçün müxtəlif variantlara əl atmağa başladı.

FİA.Az-ın verdiyi xəbərə görə, A.Məmmədov RİH-nin ittihamları, hədyanlarına məruz qaldığı üçün dövlət rəhbərliyinə üz tutub.

Azərbaycanın dövlət rəhbərliyi həm 1992-1995-ci illərdə, həm ötən dövrlərdə, o cümlədən şanlı aprel zəfərində şəhid olmuş hərbçilərin ailələrinə, müharibə qazilərinə qayğı göstərir. Daşkəsən RİH də dövlətin yerli idarəetmə orqanıdır.

Bu strukturun və ona rəhbərlik edən icra hakiminin vəzifəsi vətəndaşların müraciətlərinə baxmaq, yerindəcə həll etmək, mərkəzə şikayətlərin getməsinə ehtiyac yaratmamaqdır.

Amma aprel qazisini adi bir mənzil problemini dolaşdırıb uzadan, fırıldaqçıya, vətən üçün döyüşə oğulu sələmçiyə “çevirən” icra başçısı məsələni prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya qədər gedib çıxmasına səbəb oldu.

Vətən üçün döyüşən qazinin probleminə Ə.Abıyev bu şəkildə yanaşırsa, Daşkəsənin yerli sakinlərinin müraciətlərinə hansı münasibət göstərdiyi təsəvvür olunur.

Qarabağ qazisi, aprel döyüşləri iştirakçısı Məmmədov Arzu Ramiz oğlu 01.01.1985-ci ildə Daşkəsən rayonunda anadan olub. Ailəlilidir, iki övladı var.

Övladının biri görmə əngəllidir. A.Məmmədov 1-5 aprel Qarabağda Lələtəpə uğrunda gedən döyüşlərdə top komndiri kimi fəal iştirakçı olub. Torpaqlarımızı düşmən işğalından azad etmək üçün əlindən gələni edib.

O, 3 aprel (övladı Aydanın doğum günündə) ağır yaralanaraq sağ qolunu itirib. Bədəninin bir çox yerində dərin qəlpə yaraları var.

Qulaq pərədələri zədələndiyindən eşitməsində problem yaranıb. Eyni zamanda Hipertoniya xəstəliyi baş qaldırıb. Artıq 1 il 10 aydır ki, hospitalda davamlı müalicə alır.

Bu müddət ərzində 5 dəfə amputasiya olunmuş qolundan, 1 dəfə də ayağından əməliyyat olub.

Ayağının əməliyyatı zamanı siniri zədələndiyi üçün hələ də reabilitasiya da müalicə alır. Qolu isə heç sağalmır.

Xülasə, qazi çox əziyyət çəkdiyini, evsiz kirayədə iki körpə ilə yaşamağın olduqca çətin olduğunu deyir. RİH-nin mövqeyini işıqlandırmağa hazırıq.
Вернуться назад