Azərbaycan İnformasiya Agentliyi (AİA)

Abid Şərifova məxsus olduğu bildirilən “Əfqan” tikinti şirkəti Şəki sakininin evini dağıtdı

Azerbaycaninfo.az-a Şəki şəhər 20-ci rayon, Bünyad Sərdarov küçəsi, 3 saylı ünvanda yaşayan Nuhov İlham Abduləli oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Məktubda bildirilir. Beynəlxalq layihə çərçivəsində Azərbaycanın bir neçə regionunda, o cümlədən Şəkidə su-konalizasiya sisteminin yeniləşdirilməsi işləri Almaniya hökumətinin maliyyə dəstəyi ilə “Azərsu”ASC-yə həvalə edilmişdir. “Azərsu” ASC isə bu işləri “Əfqan” tikinti şirkətinə yalançı tenderlə verir. Elə Şəki sakinlərinin qara günləri bundan sonra başlayır. Belə ki, 4 ay bundan əvvəl işə başlayan ”Əfqan” tikinti şirkəti Şəkinin küçə və prospektlərini qazmağa başlayır. Bununla da sözügedən şirkət Şəkini böyük bir qazıntı meydançasına çevirir. Heç bir təhlükəsizlik qaydalarına əməl etmədən küçələr qazılır. Şəhərin bütün kommunikasiya, su xəttləri sıradan çıxır. Şikayətçi bildirir ki, yaşadığı ünvanda da bu hal baş verib. Küçəni qazarkən şikayətçiyə məxsus ev zədələnir və uçur. Yol kəsilir. Qeyd edək ki, həmin küçədə 60-70 ailə yaşayır. Redaksiyamızın Şəkiyə ezam ounmuş əməkdaşı ilə söhbətində Həmin küçədə ev 7-də yaşayan Qafarova İlhamə bildirmişdir ki, bir neçə aydır “Əfqan” tikinti şirkətinin təcrübəsiz işçiləri bizim küçəni bərbad günə salıb. Tikinti şirkətinin təcrübəsiz işçilərinin səhvi nəticəsində qonşunun evi də dağıdıldı. Evin bütün əşyaları, divan, kreslo, elektrik avadalıqları dağıdılmış evdən şirkət işçiləri tərəfindən həyətə açıq avanın altına səpələnib. Şikayətçi bildiri ki, evimin dağıdılması bir yana, evin iç əşyalarını da dağıdaraq mənə külli miqdarda şirkət işçiləri maddi ziyan vurub. O gündən küçədə gediş-gəliş məhdudlaşıb. Hətta, təcili yardım belə xəstəmizə gəlib baxa bilmir. Küçənin su, kommunikasiya xəttləri dağıdılıb. Əncam çəkilmir. Əməkdaşımız hadisə yerində çəkiliş apararkən hadisə yerinə gələn şirkətin əməkdaşı Sərdar müəllim müxbirimizin suallarına cavab verməkdən boyun qaçırır. Bildirir ki, mənim adım olmasın, bəli, doğrudan da evin uçması və küçənin bu hala düşməsi bizim əməkdaşlarımızın səhvi nəticəsində baş verib. Yaxşı olar ki, bütün suallarınızı şirkətə gedib Bəhram Əmrahova verəsiniz.

Bəhram Əmrahov:””PAŞA SIĞORTA” yuxarılara bağlı olduğu üçün bizim tələblərimizə məhəl qoymur”

Bəhram Əmrahovla əlaqə saxlayan əməkdaşımız onu sualları cavablandırmağa razı salır və görüş baş tutur. Çəkilişə razı olmayan Bəhram Əmrahov ilk görüşdə aqressiv olsa da sonradan suallara səmimi cavab verir. “Biz Şəkidə apardığımız işləri əvvəlcədən PAŞA SIĞORTA-da bir miliyona sığorta elətdirmişik. Əvvəllər də belə hal iki dəfə olub. Amma “PŞASIĞORTA”dan bir qəpik belə olsun ala bilməmişik. Bəli, Nuhov İlham Abduləli oğluna məxsus ev bizim şirkətin səhvi ucbatından uçub. Öz növbəsində işimizi sığorta elətdirdiyimiz üçün biz də yapışmışıq “PAŞA SIĞORTA”nın yaxasından. Yəqin siz də bilirsiniz bu sığorta şirkəti kimə məxsusdur, qorxudan məhkəməyə də müraciət edə bilmirik. Tutarlar qulağımızdan atarlar içəri. Siz elə danışırsınız ki, guya Azərbaycanda yaşamırsınız. Kimdir qanunlara baxan. O da ola ki,
“PASA SIĞORTA”” deyə Bəhram Əmrahov bildirir.

“Əfqan” tikinti şirkətinin Abid Şərifova məxsus olması iddisaını kim ortalığa atır?

Xatırladaq ki bu şirkət 1999-cu ildən tikinti bazarında fəaliyyət göstərir. Fəaliyyətinin ilk illərində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi ilə sahilbərkitmə işlərinin tikintisi ilə məşgul olub. Daha sonra isə respublikamızın müxtəlif bölgələrində Şəki, Qax, Zaqatala, Balakən, Oğuz , Qəbələ, İsmayıllı və Ağsuda çayların sahilqoruyucu beton bəndlərinin, su kanallarının, artezian quyularının, su ötürücü qurğuların, keçid körpülərin, magistral kanalların tikintisi, bərpası işlərini həyata keçirib. Bu şirkətin baş idarəsi Azərbaycanın Şəki şəhərində yerləşir, bununla bərabər paytaxt Bakıda da filialı mövcuddur. İddialara görə, bu şirkətin əsas qurucularından biri Abid Şərifovdur. Araşdırmalara görə, sözügedən şirkət yalnız Abid Şərifovun nəzarət elədiyi rayonlarda tender qalibi olur. Eyni zamanda bu şirkət Abid Şərifova yaxın şirkət və komitələrdə də iş sahibinə çevrilir. Bəli, məlumatlardan da görünür ki, Abid Şərifovun xeyir-duası olmadan bu şirkətin tender qalibi olması müşkül məsələdir. Abid Şərifovun güvəndiyi və “kassiri” sayılan Nəsir müəllim əvvəllər Şəkidə Beton zavodunun direktoru işləyib. Sonradan onun xeyir-duasıyla bu şirkəti yaratmağa müyəssər olub. “Əfqan” tikinti şirkətini adını isə elə Nəsir müəllim öz oğlu Əfqanın şərəfinə təsis edib. Şirkətin direktoru isə Cahangir Abdurrahmanovdur.
P.S. Bu şirkətin Şəki şəhərində törətdiyi uçqunlar barədə hazırladığımız video materialı gələn sayımızda izləyə biləcəksiniz.
Azerbaycaninfo.az

0 0

Şərhlər (Facebook)