Azərbaycan İnformasiya Agentliyi (AİA)


Əbülfəz Məlikovun gələcək taleyi hələ ki, bəlli deyil


Onun həbs olunması və xalası oğlu Anar Allahverdiyevin haqqında isə beynəlxalq axtarış elan olunması da istisna olunmur.

“Trans-Broker” MMC-nin sabiq rəhbəri, Azərbaycan gömrüyünün kölgə rəhbəri Əbüdfəz Məlikova qeyri-rəsmi olaraq ölkədən çıxma yasağı qoyulub. Müvəqqəti olaraq isə o, “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri postuna gətirilib.

Bu barədə MilliYol-a daxil olan məlumata görə Əbülfəz Məlikovdan görmrükdən qeyri-rəsmi olaraq topladığı və daha sonra xaricə çıxardığı milyonlarla manatın hesabı sorulur. Aldığımız məlumata görə “Trans-Broker” MMC-dən uzaqlaşdırılmasının əsas səbəblərindən biri də elə budur. Bu barədə məlumat verən mənbə MilliYol-a bildirib ki, Əbülfəz Məlikov külli miqdarda vəsaiti xalası oğlu, Göyçay sakini Anar Allahverdiyevin müxtəlif banklarda açılan hesablarına keçirib. Anar Allahverdiyev isə hazırda ABŞ-da yaşayır və bəzi məlumatlara görə o bu ölkədə miqrant statusu alıb. bəzi hesablamalarla Əbülfəz Məlikovun müxtəlif banklarda xalası oğlunun adına yerləşdidiyi vəsait 400 milyon dallardan çoxdur.

Mənbənin bildirdiyinə görə Əbülfəz Məlikovun bu əməlindən daha əvvəl xəbər tutulub. Və ondan pulları geri gətimək tələb olunub. Onu hazırda gömrükdən uzaqlaşdırıb “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri vəzifəsinə ona görə qoyublar ki, gömrükdən oğurladığı pulları kənd təsərrüfatının inkişafına sərmayə olaraq qoysun. Lakin hələ də Əbülfəz Məlikovun Anar Allahverdiyevin müxtəlif ölkələrdə açılan hesablarında gizlətdiyi milyonları ölkəyə gətirib gətirməməsi şübhə altındadır. Ona görə də Əbülfəz Məlikovun gələcək taleyi hələ ki, bəlli deyil. Onun həbs olunması və xalası oğlu Anar Allahverdiyevin haqqında isə beynəlxalq axtarış elan olunması da istisna olunmur.

Qarşı tərəfin mövqeyini dərc etiməyə hazırıq.


0 0



Şərhlər (Facebook)