Azərbaycan İnformasiya Agentliyi (AİA)


POLİS MÜSTƏNTİQİ SAATLININ BAŞÇISINI SAYMIR-SARICALAR CAMAATI MÜSTƏNTİQDƏN ŞİKAYƏT ETDİ –ÖZƏL-VİDEO


POLİS MÜSTƏNTİQİ SAATLININ BAŞÇISINI SAYMIR-SARICALAR CAMAATI MÜSTƏNTİQDƏN ŞİKAYƏT ETDİ –ÖZƏL-VİDEO

Azerbaycaninfo.az-n elektron ünvanına Saatlı rayonunun Sarıcalar kəndində yaşayan Babaşov Xanbala Xanbaba oğlu tərəfindən müraciət ünvanlanmışdır. Müraciətdə bildirilir. Babaşov Xanbala Xanbaba oğluna məxsus 15 hektar taxıl sahəsi, elə həmin əkin sahəsinin bir addımlığında olan fermaya məxsus iri və xırda buynuzlu heyvanlar tərəfindən məhv edilərək yararsız hala salınmışdır. Hətta, bu barədə Saatlı rayon Kənd təsərrüfatı Yanında Bitki Mühafizə idarəsinin aqronomu Nəsirov Nəsir Vidadi oğlu tərəfindən rəsmi mütəxəssis rəyi də verilməsinə baxmayaraq ŞİKAYƏTÇİLƏRƏ dəymiş 13 min manat məbləğində ziyan hələ də ödənilmir. Qeyd edək ki,
POLİS MÜSTƏNTİQİ SAATLININ BAŞÇISINI SAYMIR-SARICALAR CAMAATI MÜSTƏNTİQDƏN ŞİKAYƏT ETDİ –ÖZƏL-VİDEO

Saatlı rayon Kənd təsərrüfatı Yanında Bitki Mühafizə idarəsinin aqronomu Nəsirov Nəsir Vidadi oğlu tərəfindən rəsmi mütəxəssis rəyinə əsasən həqiqətən də Babaşov Xanbala Xanbaba oğluna məxsus 15 hektar taxıl sahəsinin elə həmin əkin sahəsinin bir addımlığında olan fermaya məxsus iri və xırda buynuzlu heyvanlar tərəfindən məhv edilərək yararsız hala salındığı bildirilmiş və dəymiş ziyan 12500.00-13000.00 min manat civarında hesablanmışdır. Babaşov Xanbala Xanbaba oğlunun verdiyi məlumata əsasən, “Saatlı rayon icra hakimiyyəti başçısının müavini İlham Quliyev tərəfindən mənim şikayətim əsasında əraziyə yerində baxış keçirilərək çəkiliş aparılmış və faktlar təsdiqini tapmışdır. Amma müraciətlərim nəticəsiz qalır. Çünki sözügedən ferma Saatlı rayon Polis idarəsinin müstəntiqi Qərib İsmayılova məxsusdur
. Fermanı idarə edən isə Saatlı rayon Polis idarəsinin müstəntiqi Qərib İsmayılovun qardaşı və atasıdır. Onlar hər vasitə ilə mənə məxsus olan pay torpaqlarında mənim əkin aparmağıma mane olurlar. Və dəfələrlə məni şantaj eləməyə cəhd ediblər. Ötən il də belə oldu. Mən çarəsis qalmışam və aidiyyatı orqanlardan xüsusilə cənab Prezidentdən kömək istəyirəm” deyə müraciət edir.

SAATLI RAYON POLİS İDARƏSİNİN MÜSTƏNTİQİNİN QARDAŞI ÇOBANIN AİLƏSİNƏ DİVAN TUTDU

POLİS MÜSTƏNTİQİ SAATLININ BAŞÇISINI SAYMIR-SARICALAR CAMAATI MÜSTƏNTİQDƏN ŞİKAYƏT ETDİ –ÖZƏL-VİDEO
Çəkiliş qrupumuz çəkiliş apararkən başqa bir faktın üstünü açmağa müvəffəq olublar. Belə ki, bir vaxtlar Saatlı rayon Polis idarəsinin müstəntiqi Qərib İsmayılova məxsus olduğu bildirilən fermada çoban işləyən Cəılilabad rayon Günəşli kənd sakini Ağayev İsrafil Allahverdi oğlu ona qarşı haqsızlıq edən, sözügedən müstəntiqin və atasının təzyiq və təhdidlərinə dözməyərək oranı tərk etmək məcburiyyətində qalmışlar. Ağayev İsrafil Allahverdi oğlunun verdiyi məlumata görə, dəfələrlə müstəntiqin qardaşı və atası tərəfindən döyülmüş və nalayiq söyüşlərlə təhqir olunmuşlar.
“Bu barədə Saatlı rayon Polis idarəsinə müraciət etsək də müraciətimizə baxan olmamışdır. 13 qoyunumu və bir atımı zorla əlimdən alaraq məni də təhqir etdilər. Həmçinin rayonun Məhkəmə tibbi ekspettizasının rəyi də var. Amma faydası yoxdur”-deyə şikayətçi bildirmişdir. Redaksiyanın əməkdaşı Saatlı rayon Polis idarəsinin müstəntiqi Qərib İsmayılovla əlaqə saxladı. O isə bu məsələlərə münasibət bildirmyi məqsədəmüvafiq hesab etmədi.
Azerbaycaninfo.az
Ətraflı isə videonu izləməklə tanış ola bilərsiniz:



0 0



Şərhlər (Facebook)