Azərbaycan İnformasiya Agentliyi (AİA)


Səlim Müslümovun kadrı YENİ MÖVQEDƏ - İLGİNC TƏYİNAT


Azerbaycaninfo.az xəbər verir ki, Yeni Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev nazirliyin daxili nəzarət şöbəsinin daha 4 əməkdaşını işdən azad edib. Bu barədə dia.az-a daxil olan məlumatda deyilir.

Xəbəri dia.az-a verən qaynaq iddia edir ki, şöbəyə maraqlı təyinat həyata keçirilib: "Belə ki şöbənin müdir müavini vəzifəsi keçmiş nazir Füzuli Ələkbərovun yaxın adamı Heybət İmanova həvalə olunub. H.İmanov F.Ələkbərovun vaxtında müxtəlif vəzifələrdə çalışıb.Səlim Müslümov təyin ediləndən sonra H.İmanovu işdə yol verdiyi nöqsanları əsas gətirərək vəzifəsindən azad etmişdi".


0 0



Şərhlər (Facebook)