Azərbaycan İnformasiya Agentliyi (AİA)


Binəqədidə Bina tikən "İNAM-İNŞAAT-555" MMC-nin rəhbəri vətəndaşın evini başına uçurur- VİDEO


Binəqədidə Bina tikən "İNAM-İNŞAAT-555" MMC-nin rəhbəri vətəndaşın evini başına uçurur- VİDEO

Binəqədi icra başçısı Xaləddin İskəndərov postunu tərk etsə də qoyub getdiyi problemlər yetərincədi.

Korrupsioner icra başçısı öz əməlləri ilə həm dövlətə, həm yerli əhaliyə elə zərbə vurub ki, nəticəsini hər addımda hiss edirsən. Tikinti şirkətlərinə rüşvət müqabilində meydan verən sabiq başçı bununla anarxiya yaradıb.

Azerinfo.az-ın redaksiyasına Rəsulzadə qəsəbəsi, Faiq Rüstəımov 3q ünvanında yaşayan Yusif Mehrəliyevdən şikayət ərizəsi daxil olub. Portalımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən vətəndaş bildirir ki, "İNAM-İNŞAAT-555" MMC tikinti şirkəti evlərini başlarına uçurur. Mehrəliyevin təqdim etdiyi foto və videolardan görünür ki, tikinti şirkəti qanunları kobudcasına pozub. Ara məsafəsi saxlamayıb.

3 gün əvvəl özül qazılarkən vətəndaşın fərdi evinə ziyan vurub. Əgər bunun nəticəsində sabah faciə yaşanacaqsa kim məsuliyyət daşıyacaq? Vətəndaşın şəxsi mülkiyyətinə bilərəkdən ziyan vermək, mövcud hakimiyyətə inamsızlıq yaratmaq artıq cinayət işidir.

Şirkət vətəndaşa deyir ki, əşyalarını çıxart, ev qəzalı vəziyyətə düşüb, faciə olar. Bəs kompensasiyanı vətəndaşa kim ödəyəcək, bu ölkədə hesab edirsiz ki, anarxiyadır?
My Webpage
Mövzu ilə bağlı əlaqədar qurumların reaksiyasını öyrənəcəyik. İstinad olunan mənbə bu linkdir:

Binəqədidə Bina tikən "İNAM-İNŞAAT-555" MMC-nin rəhbəri vətəndaşın evini başına uçurur- VİDEO
Binəqədidə Bina tikən "İNAM-İNŞAAT-555" MMC-nin rəhbəri vətəndaşın evini başına uçurur- VİDEO
Binəqədidə Bina tikən "İNAM-İNŞAAT-555" MMC-nin rəhbəri vətəndaşın evini başına uçurur- VİDEO
Binəqədidə Bina tikən "İNAM-İNŞAAT-555" MMC-nin rəhbəri vətəndaşın evini başına uçurur- VİDEO


0 0



Şərhlər (Facebook)